Icma.az
close
up
RU

COP29da İqlim siyasətində dəmir yolları mövzusunda tədbir keçirilib

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bakı da keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Azərbaycan
Dəmir Yolları (ADY) QSC və Beynəlxalq Dəmir Yolları İttifaqının (BDYI) təşkilatçılığı ilə "Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları" mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə ADY sədri Rövşən Rüstəmov, BDYİ-nin sədri Alan Berud, ADY sədrinin müavini Arif Ağayev, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, BDYİ-nin dayanıqlılıq üzrə direktoru Lusi Anderton və.s iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDYİ sədri Alan Berud dəmir yollarının multinəqliyyat sisteminin mühüm hissəsi olduğunu vurğulayıb:

“Nəqliyyatın karbonsuzlaşdırılmasının ən səmərəli yolu trafikin dəmir yoluna keçirilməsidir. Məhz buna görə də bu gün BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionları qazıntı enerjisindən istifadə etməyən dəmir yolu, eləcə də elektrik nəqliyyat vasitələrinə üstünlük verilməsinə dair çağırışlar edirlər”.

Daha sonra çıxış edən ADY sədri Rövşən Rüstəmov dəmir yollarının ən dayanıqlı nəqliyyat vasitəsi olduğunu bildirib.

R. Rüstəmov ADY-nın karbon emissiyalarının azaldılması yolunda atılan addımlardan danışaraq, bu istiqamətdə görüləcək işlərə dair fikir bildirib.

O deyib ki, ADY-nin 2030-cu ilə qədər Strategiyasında yaşıl maliyyələşmə imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icra edilməsi öz əksini tapıb:

"Ötən ay Asiya İnkişaf Bankı (AİB) ilə dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədinin imzalanması bunun bariz nümunəsidir".


Sonra Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, Beynəlxalq Dəmir Yolları İttifaqının sədri və Polşa Dəmir Yollarının baş icraçı direktoru Alan Berud, AİB-nin Nəqliyyat Sektoru Qrupunun direktoru Ceyms Leder, “Masdar” şirkətinin Azərbaycan üzrə direktoru Murad Sadıxov və ADY sədrinin müavini Arif Ağayev dəmir yollarının ekodost nəqliyyat növü olması, bərpa olunan enerjidən istifadənin artırılması təşəbbüsünün dəstəklənməsi və beynəlxalq maliyyə institutları tərəfindən bu təşəbbüsün maliyyələşdirilməsi kimi məsələlər ətrafında çıxışlar ediblər.

Daha sonra sual-cavab formatında panel müzakirələri təşkil olunub, nəqliyyat ekspertləri və media nümayəndələri adıçəkilən qurumların rəhbərlərinə beynəlxalq dəhlizlərin inkişafı, rəqəmsallaşma, yükdaşımalarda aşağı karbon göstəricilərinə nail olunması üçün gələcək hədəflər barədə suallar ünvanlayıb və bu istiqamətlərdə səmərəli müzakirələr aparılıb.

Sonda ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri