Icma.az
close
up
RU

COP29da Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda mövzusunda dəyirmi masa keçirilib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

COP29 çərçivəsində “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” adlı dəyirmi masa keçirilib.

APA xəbər veriri ki, dəyirmi masa COP29 Sədrliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin UNECE və UNESCAP ilə birgə əməkdaşlığı çərçivəsində baş tutub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu yüksək səviyyəli dəyirmi masada nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması qlobal tranzit şəbəkələrinin gücləndirilməsi, karbon emissiyalarının azaldılması, əməliyyat səmərəliliyinin artırılması və çoxsaylı nəqliyyat modelləri və regionlar üzrə təchizat zəncirlərində dayanıqlığın yaradılması yolu ilə davamlı inkişaf məqsədlərinə dəstək verilməsinin ön sıralarında dayanır: “Orta Dəhliz artıq rəqəmsallaşmanın irəliləyişlərini təşviq edən və transsərhəd prosedurları asanlaşdıran, həm davamlılığı, həm də ətraf mühitin mühafizəsini birbaşa gücləndirən təşəbbüsləri irəli sürür”.

Bildirilib ki, son iki onillikdə ölkəmizdən keçən beynəlxalq dəhlizlər boyu nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə əsaslı islahatlar və investisiyalar yönəldilib.

Qeyd edilib ki, son geosiyasi dəyişikliklərdən əvvəl Azərbaycan artıq Orta Dəhlizin strateji potensialını tanımış və mühüm infrastruktura, o cümlədən 5 milyon ton tutumlu Bakı-Tbilisi-Qars dəmir yoluna və Bakı Beynəlxalq Dəniz Ticarətinə fəal şəkildə sərmayə qoyub: “Sərhəd prosedurlarının sadələşdirilməsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində əlavə səylər davam etdirilir. Bu gün Orta Dəhliz artıq ehtiyat planı deyil, mövcud qlobal tranzit variantlarını tamamlayan etibarlı və səmərəli yola çevrilib”.

R.Nəbiyev vurğulayıb ki, Azərbaycan 2024-cü ilin əvvəlindən Çindən Orta Dəhliz vasitəsilə bloklu qatarların hərəkətini asanlaşdırıb. Nazir bildirib ki, bu ilin sonuna kimi Azərbaycan ərazisindən 300-dən çox blok qatarın keçəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri