COP29da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filminin təqdimatı olub AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
COP29 çərçivəsində Yaşıl Zonadakı Milli QHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi Ayaz Mirzəyev, prodüseri isə Orxan Cabbarlıdır.
Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, həmçinin Keniyanın “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) iştirak ediblər.
Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər.
Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən bəhs edən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Noyabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















