Icma.az
close
up
RU
COP29da iqlim maliyyələşdirilməsi imkanlarına həsr olunmuş dəyirmi masa təşkil olunub FOTO

COP29da iqlim maliyyələşdirilməsi imkanlarına həsr olunmuş dəyirmi masa təşkil olunub FOTO

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 Dünya Liderləri Sammiti çərçivəsində “İqlim maliyyələşdirməsi imkanları - dayanıqlı gələcək üçün həlledici məqam və dönüş nöqtəsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.
Bizim.Media xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil edilən tədbir dünya liderləri, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarının iştirakı ilə iqlim maliyyələşməsi və qlobal iqlim fəaliyyətinin gələcək perspektivlərinə həsr olunub. 
Tədbirdə COP29 çərçivəsində iqlim maliyyələşməsi üçün ortaq məxrəcin əldə olunması və Paris Sazişinin məqsədlərinə çatmaq üçün maliyyə razılaşmasının əhəmiyyəti diqqət mərkəzində dayanıb.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışında iqlim maliyyələşdirilməsi mövzusunun əhəmiyyətini vurğulayıb və bildirib ki, hazırda 1,5 dərəcə hədəfinə nail olmaq üçün lazım olan iqlim maliyyələşdirməsini bütün maraqlı tərəflərlə müzakirə etmək imkanı yaranıb:
“COP29 Sədrliyi müzakirələrin uğurla yekunlaşması üçün artıq uzun müddətdən bəri bütün tərəflərlə iş aparıb. Onların bir ortaq fikrə gəlməsi üçün indi uğurlu fürsət yaranıb.
Hökumətlərdən tutmuş özəl sektora kimi, eləcə də beynəlxalq maliyyə institutları ədalətli və iddialı iqlim maliyyələşməsi üçün töhfə verməlidirlər.
İqlim maliyyələşdirilməsini necə daha effektiv etmək barədə fikirlərinizi və daha geniş maliyyə arxitekturasına töhfə vermək üçün konkret planlarınızı eşitməyi səbirsizliklə gözləyirik”.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında bildirib ki, müasir dünyada hər il yaşıl texnologiyalara ayrılan vəsaitlər artsa da, bu, iqlim dəyişikliklərinə qarşı yeganə cavab ola bilməz.
 

Beynəlxalq ictimaiyyət dünyanın gələcəyini xilas etmək üçün kollektiv iqlim fəaliyyətlərini dəstəkləməli, yaşıl iqlim hədəfləri istiqamətində səylər birləşdirilməlidir. Bunun üçün, həmçinin qlobal maliyyə arxitekturası da yaradılmalı, yeni maliyyə resursları iqlim maliyyələşməsinə yönəldilməlidir.


Dünya Bankının prezidenti Acay Banqa və Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava çıxışlarında çoxtərəfli inkişaf banklarının ətraf mühitin mühafizəsi üçün həyata keçirdikləri proqramlar, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişmələrinin yaratdığı fəsadlarla mübarizə üçün aparılan işlərdən danışıblar.
Qeyd edilib ki, bu istiqamətdə təkcə maliyyə ayırmaq kifayət deyil, eyni zamanda, ölkələri iqlim böhranı ilə mübarizədə hərtərəfli dəstəkləmək mühüm əhəmiyyət kəsb edir.
Dəyirmi masada müxtəlif ölkələrin yüksəksəviyyəli təmsilçiləri iqlim maliyyəsi ilə bağlı razılaşmanın vacibliyini vurğulayıb, emissiyaların azaldılması üçün səylərin gücləndirilməli olduğunu ifadə ediblər.






Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri