Icma.az
close
up
RU
COP29da iqlim maliyyəsini yaratmaq və onu çatdırmaq yollarına qərar verilməlidir Mohammed Adov

COP29da iqlim maliyyəsini yaratmaq və onu çatdırmaq yollarına qərar verilməlidir Mohammed Adov

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının ev sahibliyi etdiyi COP29-da iqlim maliyyəsini yaratmaq və onu çatdırmaq yollarına qərar verilməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində keçirilən "İqlim fəaliyyət şəbəkəsi"nin mətbuat konfransı zamanı şəbəkənin direktoru Mohammed Adov deyib.

O qeyd edib ki, zəngin dünya borclarını ödəmək məsuliyyətindən yayınmaq üçün hər şeyi etdi.

"Planeti çirkləndirməklə qismən zənginləşmiş qlobal azlığın öz məsuliyyətindən yaxa qurtarmasına icazə verə bilmərik. Dünyada iqlim fəlakətlərinin təsirlər artmaqdadır. Və biz mübarizə mexanizmlərimizi aşan ekstremal hava hadisələri ilə sürüklənirik.

İndi, həmrəyliyi genişləndirmədən, ən həssas və ən az məsuliyyətli olanların dəyişikliklərin başında olmasına icazə verə bilməzsiniz. COP29 bunun üçün var. Bu il maliyyə ilidir. Və bu əməkdaşlıq planetin istiqamətini və taleyini həll etmək potensialına malikdir",- deyə o bildirib.

Qeyd edək ki, bu gün COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start verilib.

Xatırladaq ki, noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see312

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see191

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see125

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri