Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Kamil bir çəkməçi olsa da insan...

Kamil bir çəkməçi olsa da insan...

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həkimlər isə deyirlər: “Ürəyin xəstədirsə, ayağını sağalt”

Qədim və gərəkli peşələrdən biri də çəkməçi, dəri əşyaları bərpa edən pinəçilikdir. Xalq sənətkarlığında insanların gündəlik ehtiyaclarını ödəmiş bu sənət kosmos, süni intellekt əsrlərində də yaşayır və yeni-yeni davamçılarını yetişdirir.

Pinəçinin işi dəqiqlik, səbir və əl qabiliyyəti tələb edir. Hər ayaqqabının materialını və quruluşunu tanımaq pinəçinin peşəkarlığının göstəricisidir. Belə ustaların müştərisi də bol olur, xətir-hörməti də öz yerində. Böyük Nizami demişkən: kamil bir palançı naşı papaqçıdan üstündür. Yaxşı pinəçi də pis ayaqqabı tikəndən faydalı insandır.

Hazırkı dövrdə ayaqqabı istehsalı artsa da, pinəçiliyin əhəmiyyəti hələ də qalır. Xüsusilə keyfiyyətli və bahalı ayaqqabıların təmiri üçün usta pinəçilərə hər zaman ehtiyac yaranır. Bundan başqa, pinəçilik peşəsi israfçılığın azalmasına, ayaqqabılardan daha çox istifadəyə kömək edir.

“Pinəçilik, çəkmə tikmək zəhmətli iş olsa da, halal zəhmətlə yaşamağa imkan verir. Hər gün səni axtaran, xidmətinə ehtiyacı olan insanlar varsa, deməli, həmişə çörəyin olacaq, ailədə qazanın qaynayacaq, heç kəsə möhtac olmayacaqsan. İlk baxışda çirkli bir iş olan pinəçilik ən təmiz çörək ağacıdır”. 27 yaşından üzü bəri 35 il pinəçiliklə məşğul olan Nizaməddin Abdullayev bu sözlərin davamında deyir:

– Qazancımdan da razıyam. Əziyyət çəkməsən, tər tökməsən, çörək qazana bilməzsən. Elə çox vaxt istirahətimi iş başında edirəm. Alimdən tutmuş nazirə qədər işimi bəyənən, xətrimi istəyən çox müştərim var. Əvvəlki illərlə müştərisi bir qədər azalıb. Bunun səbəbi bazarda xarici ölkələrdən gətirilən ucuz, sağlamlıq üçün zərərli ayaqqabıların artmasıdır. Əhali ucuzluğuna görə bu ayaqqabılara maraq göstərir. Belə ayaqqabılar hava keçirməyən, yayda isti, qışda soyuq olan süni materialdan hazırlanmır. Bu da insana ziyandır. Onu da deyim ki, gətirilən ayaqqabılar qısa müddətdə zay olur.

Mən heç vaxt müştərilərimi aldatmıram. Bir də görürsən gətirdiyi ayaqqabı süni dəridir. İzah edirəm ki, bunu təmir etdirməkdənsə yenisini almaq daha yaxşıdır. Çünki bu cür ayaqqabıları bəzən təmir etmək olmur. Bir də ki, hər ayağın öz tələbi olur. Ayaq ölçüləri fərqli olan müştərilər də müraciət edir, yalnız keyfiyyətli və ekoloji ayaqqabı istəyənlər də... Müştəri gəlir, dərini, ayaqqabının içini, altına vurulan materialı belə özü seçir. Elə müştərim var ki, əldə hazırlanan ayaqqabının dəyərini bilir və qiymət yüksək olsa da, sifariş verir. Bəzi müştərilər də olur ki, sırf modeli bəyənir.

Ayaqqabı dəri olsa yaxşıdır. Əgər rezin, yaxud süni örtük materialıdırsa, ayaq içində xəstəlik tapacaq. Ayaqqabı rahat olmalıdır. Görünüşə görə yox, ayağın formasına görə almaq lazımdır. Həkimlər əbəs yerə deymirlər ki, ürəyin xəstədirsə, ayağını sağalt. Yəni ümumi rahatlıq və sağlamlıq bədənin bütün yükünü çəkən ayağa necə qulluq etməkdən çox asılıdır.

Söhbətimizin şirin yerində bir müştəri içəriyə daxil olur. “Usta, ayaqqabım hazırdırmı?” Usta bir anlıq işindən ayrılıb, başını qaldıraraq müştərinin üzünə baxır. Bax odur, götürə bilərsən deyib, – söhbətinə davam edir:

– Hər gün, təxminən, 25–30 ayaqqabı təmir edirəm, üstəlik, bir neçə ayaqqabı da tikirəm. Yay aylarında işim zəif olsa, da yeni modelli ayaqqabılar tikirəm. Elə ki, havalar soyuyur, həm yeni tikdiyim ayaqqabıya, həm də təmirə tələbat artır.

Gözlənilmədən usta söhbətini yarımçıq kəsərək televizorda səslənən hava haqqında proqnoza diqqət yetirir. Çünki havaların qarlı-yağışlı keçməsi pinəçiyə olan tələbatı artırır. Soyuq aylarda iş o qədər çox olur ki, gecə yarısına kimi çalışır. Axı müştərini gözlətmək olmaz. Nizaməddin gülümsəyərək söhbətinə davam edir:

– Müştərini razı salmaq, onun dediyi, istədiyi vaxta hazırlamasan bir də o çətin ki, müraciət edə. Hətta vaxtilə yaşadıqları bu ərazini (Xətai rayon, Neopol dairəsi) tərk edən müştərilərim indi Binədən, Mərdəkandan durub gəlirlər. Bu mənim əməyimə verilən qiymətdir. Bu cür hallarla rastlaşanda düşünürəm ki, çəkdiyim əziyyət hədər getməyib.

İndiki zamanda sənət öyrənmək yaxşıdır. Çəkmə tikmək, təmir etmək öz çörək ağacına qulluq etməkdir. Sənət isə düzgünlük, peşəkarlığı sevir. Əlimi hər dəfə üzümə toxunduranda halallığı suvaran tər damcıları məni rahatlaşdırır, yorğunluğum çıxır. Bu da məni işimə möhkəm bağlayır. Ümumiyyətlə, hər hansı bir sənətdə halallığı qorumasan, inkişaf edə bilməzsən. Qazandığın da bir anlığa yox olar. Mən ailəmi çəkmə tikməklə, köhnəlmiş ayaqqabını təmir etməklə dolandırıram. Kiməsə kənardan asan görünə bilər, amma xeyli əziyyətli işdir. Yapışqanın kəskin iyi, eləcə də əsas alət olan bizin barmaqlarda qoyduğu izləri yaşamasan, bu sənətin incəliyini, çətinliyini anlaya bilməzsən.

Yenidən araya sükut çökür. Buna səbəb digər bir müştərinin təmirə verdiyi ayaqqabını götürməyə gəlməsidir. Bu qədər müştərini yadda saxlamaq, gətirdikləri ayaqqabıları dəyişik salmamaq o qədər də asan deyil. Söhbətin yönünü bu mövzuya çevirir:

– İşlədiyim müddət ərzində hər hansı bir halla rastlaşmamışam. Yəqin bunun özü də bir bacarıqdır. Heç bir yazı və qeydiyyatdan istifadə etmədən kimin ayaqqabını nə vaxt və nə üçün verdiyini, təmir edib hara qoyduğum yeri əzbər bilirəm. Bir də görürsən ki, bir müştəri on beş-iyirmi gün yubanır. Hətta verdiyi ayaqqabının hansı hissəsini təmirə gətirdiyini belə yaddan çıxarır. Dərhal xatırladıram və yerini göstərirəm.

Bu arada pinəçiyə bir əhvalatı xatırladıram. Sovet dövründə kəndimizdə Gülağa adlı bir pinəçi var idi. Gördüyü işi hamı bəyənirdi, amma o, hər ayaqqabının qəbuledilmə və hazırolma vaxtını kağıza yazıb içərisinə qoyurdu.

Nizaməddin isə hər şeyi yadında saxlaya bilir. Sonda onu da qeyd etdi ki, ailə üzvlərinin ayaqqabıya pul verməməsi də onun bir qazancıdır. Qohum-əqrəba arasında əl tutduqları da az deyil. İmkansızlardan pul almadığı da olur.

Nəhayət, söhbətimi yekunlaşdırıb sağollaşıram. Bir neçə addım aralanmamış Nizaməddinin məni səslədiyini eşidirəm: “Yazı dərc olunan qəzetdən mənə çatdırmağı unutma”.

Mən bu anda düşünürəm ki, “Kamil bir çəkməçi olsa da insan, yaxşıdır maraqsız yazı yazandan”.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri