COP29da iştirak edən italiyalı tələbə: Meşələrin öyrənilməsi ilə bağlı fənlərə önəm verilməlidir AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
COP29-da Beynəlxalq Meşələr Assosiasiyasının nümayəndəsi olaraq iştirak edirəm. Meşələr iqlim dəyişikliyinin yumşaldılması və biomüxtəlifliyin qorunması baxımından olduqca mühüm rol oynayır. Onlar iqlim dəyişikliyinə qarşı mübarizədə əsas açar elementlərdən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29 çərçivəsində İtaliyadan ölkəmizə gələn Beynəlxalq Meşələr Assosiasiyasının nümayəndəsi, Florensiya Universitetinin tələbəsi Tommaso Moneta söyləyib.
İtaliyalı iştirakçı qeyd edib ki, meşə təsərrüfatı ixtisasına və meşələrin idarə olunmasının öyrənilməsi ilə bağlı elmi fənlərə də kifayət qədər önəm verilməlidir. O vurğulayıb ki, bu sahənin mərkəzi mövqedə yer alması vacibdir və buna daha çox diqqət göstərilməlidir.
Baxış sayı:117
Bu xəbər 19 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















