Icma.az
close
up
RU
COP29da tarixi qərar qəbul olundu

COP29da tarixi qərar qəbul olundu

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda tarixi qərar qəbul olunub.

Axar.az APA-ya istinadən xəbər verir ki, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.

Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunmuşdu.

COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilib.

COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.

Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 730 milyon ABŞ dollarından artıqdır.

Əldə edilən bu nailiyyətlərlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Noyabr 2024 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəm qazı daha 4 canımızı aldı

21 Aprel 2025 12:43see228

Məktəblərdə YENİLİK KONKRET

21 Aprel 2025 16:58see182

Hakan Fidan Ərdoğanın sirr dağarcığı Uzun boylu kubar, casus diplomat” (TƏHLİL)

21 Aprel 2025 12:39see178

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see149

Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər

21 Aprel 2025 18:19see143

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see138

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see133

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see133

BMT: Kütləvi cəzalandırmaya heç nə haqq qazandırmır

21 Aprel 2025 11:14see132

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see131

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see127

Rimas Kurtinaytis ilk iki perioddan narazı qalıb

21 Aprel 2025 21:24see127

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see124

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see123

Yarımfinalın ilk oyununu buraxa bilər

21 Aprel 2025 21:47see121

Ali Radanın deputatlarının sayı tarixi minimum həddə düşdü

21 Aprel 2025 18:43see119

“O olmasın, bu olsun” Yeni quruluşda

21 Aprel 2025 12:50see119

Axşam saatlarında bu ərazilərdən sel keçəcək

21 Aprel 2025 18:20see116

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see115

Yardımlıda narkokuryerlər saxlanıldı

21 Aprel 2025 13:34see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri