Icma.az
close
up
RU
COP29da yaşıl bacarıqlara dair yüksəksəviyyəli debat təşkil olunub VİDEO AZƏRTAC

COP29da yaşıl bacarıqlara dair yüksəksəviyyəli debat təşkil olunub VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “Bacarıqlara investisiya əhəmiyyətli iqlim öhdəliyidir: COP29-un yüksəksəviyyəli çempionu” adlı xüsusi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İnsan İnkişafı Günündə BMT-nin iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai və “LinkedIn” sosial şəbəkəsinin birgə əməkdaşlığı ilə keçirilmiş debatda COP29 Sədrliyinin İqlim Dayanıqlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsündən danışılıb.

Davamlı gələcəyə qlobal keçiddə yaşıl bacarıqların kritik roluna dair müzakirələrin aparıldığı debatda COP29-un yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib ki, dünya iddialı iqlim məqsədlərinə çatmaq üçün insanları düzgün bacarıqlarla təchiz etmək həlledici fürsətdir. Tədbir bu sahədə əsas məqsədi müzakirə etmək üçün qlobal ekspertləri bir araya gətirib. Tədbirdə yaşıl bacarıqların iqlim fəaliyyətinin təməl daşı olması, texnologiya və təbiətin mühafizəsi kimi digər prioritetlər də müzakirə olunub.

COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal və Regional Təşəbbüslər Komandasının həmrəhbəri, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov investisiya əhəmiyyətli iqlim öhdəliyinə dair aparılan işlərdən danışıb. Qeyd edilib ki, yaşıl keçidin mərkəzində insanların rolu dayanır. İqlim məlumatlılığını artırmaq və fəaliyyətə təşviq etmək üçün yaşıl təhsil proqramları tətbiq olunmalıdır. İqlim təsirləri haqqında məlumatlı, dəyişən dünyada inkişaf etmək üçün bacarıq və dayanıqlılıqla təchiz edilmiş nəsil yetişdirmək çox vacibdir. İstehsalatda səmərəlilik üçün texnoloji tərəqqiyə üstünlük verilməsinin əhəmiyyətini vurğulayan E.Məmmədov qeyd edib ki, gələcəyimizə təhlükə yaradan hərəkətləri cilovlamaq üçün tətbiq olunan tədbirləri təşviq etməklə yanaşı, təchizat və istehlak da önəmlidir.

Müzakirələrdə münsiflər heyətinin ekspert rəyləri ilə yanaşı, təklifin lehinə və əleyhinə tutarlı arqumentlər təqdim olunub.

“LinkedIn”in Yaşıl Bacarıqlar Hesabatında vurğulandığı kimi, xüsusilə qadınlar və təcrid olunmuş qruplar arasında yaşıl bacarıqlara çıxışda mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə təhsil və təlimə investisiyaların fərdlər, təşkilatlar və iqtisadiyyatlar üçün yaratdığı imkanlara və onların həllinə diqqət yetirilib.

Qlobal liderlər və novatorlar ilə iqlim fəaliyyətində fəal iştirak etmək üçün unikal platforma təqdim edən debatda bacarıqların, inklüzivliyin və ambisiyaların yaşıl keçiddə tətbiqinə dair strategiyalar haqqında məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri