Icma.az
close
up
RU
COP29la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir

COP29la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərində 57 sayda marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, “Nəriman Nərimanov” metrostansiyası olan 5 nömrəli və “Dərnəgül” metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi “28 May” NMM olacaq.
7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı “Azadlıq prospekti” metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyası olacaq.

12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut “Azadlıq prospekti” və “Ulduz” metrostansiyalarını əlaqələndirəcək.
Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli), Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, “Əhmədli” metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun “Xətai” stansiyası olacaq.

13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut “AzərSu” Tikinti Xəstəxanasını “Neftçilər” metostansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN-in binası) ilə əlaqələndirəcək.
120 nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və “Həzi Aslanov” metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.

Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.

3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi “Koroğlu” metrostansiyasının cənub çıxışı (“Piramida” tərəf) olacaq.

62 nömrəli marşrut Sabunçu qəsəsini Nəsirəddin Tusi küçəsi ilə, 93 nömrəli marşrut “Dərnəgül” metrostansiyasını Sabunçu qəsəbəsi ilə, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib. Başlanğıcını Pirşağı qəsəbəsindən götürən 173A və 173B nömrəli və Savalan yaşayış massivindən fəaliyyət göstərən 197 nömrəli marşrutların təyinat nöqtəsi Zabrat dairəsi olacaq.

Sabunçu və Günəşli qəsəbələrini əlaqələndirən 40 və 55 nömrəli marşrutların fəaliyyəti Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə təşkil ediləcək.

140 nömrəli marşrut Şüvəlan qəsəbəsini “Əhmədli” metrostansiyası ilə, 160 nömrəli marşrut isə Binə qəsəbəsini “Həzi Aslanov” metrostansiyası ilə əlaqələndirəcək. Hər iki marşrut üzrə avtobuslar Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək.

Başlanğıcını Kürdəxanı qəsəbəsindən götürən 185 nömrəli marşrutun son dayanacaq məntəqəsi “8-ci km” bazarı olacaq. Marşrutun fəaliyyəti Əsildar Məmmədəliyev küçəsinə (Sabunçu dəmiryol stansiyası) daxil olmaqla təşkil ediləcək.

3 nömrəli marşrut “Dərnəgül” metrostansiyasını Badamdar qəsəbəsi ilə əlaqələndirəcək. Avtobusların qəsəbədən metrostansiya istiqamətində hərəkəti Badamdar şosesi, M.Müşfiq küçəsi, H.Cavid prospekti, Ə.Haqverdiyev, Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, H.Ələsgərov, Mərdənov qardaşları və A.Bakıxanov küçələri, daha sonra isə öz hərəkət sxemi üzrə təmin ediləcək. Əks istiqamətdə isə avtobus marşrutu N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev, Ə.Haqverdiyev küçələri və H.Cavid prospekti, daha sonra isə öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

11 saylı məktəbi Yeni Yasamal yaşayış massivi ilə əlaqələndirən 17 nömrəli marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, əks istiqamətdə isə H.Ələsgərov, S.Vurğun, Ş.Mehdiyev, A.Abbasov küçələri ilə hərəkət edəcək. Marşrut daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri