Icma.az
close
up
RU
COP29un gözlənilməz qonağı: Talibanı Bakıya gətirən hansı səbəblərdir?

COP29un gözlənilməz qonağı: Talibanı Bakıya gətirən hansı səbəblərdir?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxi deyib ki, Taliban nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

Əfqanıstan bir çox ölkələr üçün qeyri-sabit, riskli və radikal qrupların fəaliyyət göstərdiyi ölkə kimi görülsə də Azərbaycan üçün mühüm strateji bir ölkədir. Xüsusilə qeyd etmək lazımdır ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 21-də ilk tanıyan dövlətlərdəndir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012-ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir.

Azərbaycanın uzun müddət Əfqanıstanda səfirliyi olmayıb. Türkmənistandakı səfirimiz həm də Əfqanıstanda səfir vəzifəsini yerinə yetirib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı missiyası NATO qüvvələrinin tərkibində 2002-ci il noyabrın 20-dən Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəaliyyətə başlayıb. Azərbaycanın 120 nəfərlik sülhməramlıları Türkiyə sülhməramlılarının tərkibində Kabil şəhərində yerləşən Beynəlxalq Hava Limanını qoruyub. Digər mühüm məqam isə Azərbaycan sülhməramlıları Türkiyə sülhməramlıları ilə birlikdə Əfqanıstanı sonuncu NATO qüvvəsi olaraq 26 avqust 2021-ci ildə tərk edib.

Əslində 15 avqust 2021-ci ilə qədər iki ölkə arasında münasibətlər ən üst səviyyədə idi. Prezident Əşrəf Qəninin hakimiyyəti Taliban hərəkatına təhvil verməsi fonunda münasibətlərdə müəyyən qırılmalar yaşandı. Digər ölkələr kimi rəsmi Bakı da Taliban rejimi ilə necə bir xarici siyasət izləyəcəyini müəyyən etməyə çalışırdı. Bu mənada Taliban nümayəndə heyətinin COP29-a qatılacaq olması müsbət hadisə kimi dəyərləndirilir.
Aydın məsələdir ki, Taliban Əfqanıstanda real qüvvədir və bu qüvvəni tanımamaqdansa milli və regional maraqlar əsas alınaraq əməkdaşlığa başlamaq, təmaslar qurmaq mühümdür. Taliban nümayəndələrinin Bakıya gəlməsi iki ölkə münasibətlərində yaranan soyuqluğun aradan qalxması, tərəflərin bir-birini daha yaxşı tanımaq imkanları yarada bilər.

Taliban rejiminin Bakıdakı COP29 tədbirinə qatılması da səbəbsiz deyil:

Birincisi, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirsə də, ölkə hazırda beynəlxalq aləm tərəfindən təcrid edilib. Xüsusilə Qərb və bir çox islam ölkəsi Talibanın Əfqanıstandakı hakimiyyətini tanımır. Bu mənada Taliban COP29-a qatılaraq Əfqanıstandakı real hakimiyyət olduğunu sübut etmək və tanıtmaq istəyir.

İkincisi, Talibanın Əfqanıstandakı hakimiyyəti ələ keçirməsi dünya ictimaiyyəti qədər özləri üçün də ani oldu. Hələ də ölkəni idarə etməkdə ciddi çətinlik çəkirlər. Xüsusilə xarici investisiya və iri şirkətlər ölkəni tərk etdiyi üçün ciddi maliyyə böhranı yaşanır. Bu vəziyyətdən çıxmaq üçün Taliban COP29-u fürsət kimi görür.

Üçüncüsü, Taliban Azərbaycanla münasibətləri normallaşdırmaq, əvvəlki səviyyəyə qaytarmaq istəyir. Rejim başa düşür ki, Bakı Qərbdə ciddi nüfuza sahib müsəlman ölkələrdəndir. Yəni Azərbaycanla münasibətlərin normallaşması həm də Talibana Qərbin qapılarını aça bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri