İran: ABŞ 7 şərtimizi qəbul etməlidir
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İran ABŞ-la ciddi danışıqlara başlamaq və ədalətli razılaşma əldə etmək üçün Tehranın irəli sürdüyü yeddi şərtin qəbul edilməsini tələb edib.
Turkustan.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri İran və ABŞ arasında danışıqlardakı son inkişafları şərh edərkən bildirib.
İran dövlət televiziyasına danışan Baqiri qeyd edib ki, Vaşinqtonun danışıqlar aparmaq və ədalətli razılaşma əldə etmək niyyəti ciddidirsə, Tehran tərəfindən irəli sürülən yeddi şərti qəbul etməli və yerinə yetirməlidir.
Baqiri bu tələblərin irəli sürülməsini ABŞ-ın əvvəlki davranışları və danışıqlar üzrə öhdəliklərini dəfələrlə pozması ilə əlaqələndirib.
O, ABŞ-ın beş raund danışıqlardan sonra ötən yaz ikinci müharibəyə başladığını, diplomatik proses davam edərkən payızda danışıqlar prinsiplərinə zidd addımlar atdığını və danışıqların davam etdiyi qışda İranın ali rəhbəri Əli Xameneinin öldürüldüyünü iddia edib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Oktyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















