Icma.az
close
up
RU
COP29un tələblərindən narahat olanlar Azərbaycana qarşı çirkin kampaniya təşkil edirlər ŞƏRH AZƏRTAC

COP29un tələblərindən narahat olanlar Azərbaycana qarşı çirkin kampaniya təşkil edirlər ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparılacağı gözlənilən idi. Dünya dövlətlərinin Azərbaycana, onun Prezidentinə sərgilədiyi bu etimad - COP29-un ölkədə keçirilməsinə razılıq bəzi qüvvələrdə qısqanclıq yaratmaya bilməzdi. Bu gün həmin dairələr var gücləri ilə Azərbaycana qarşı hərəkətə keçiblər və nəcib qlobal təşəbbüsə kölgə salmağa çalışırlar. Həmin qüvvələri qlobal iqlim, insan haqları problemləri maraqlandırmır. Onların məqsədləri öz çirkin niyyətlərini həyata keçirmək üçün Cənubi Qafqazda gərginlik yaratmaq, sülhə və sabitliyə mane olmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Beynəlxalq iqlim konfransı ərəfəsində ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu deyən politoloq qeyd edib ki, ötən il öz ərazisində separatizmin kökünü kəsərək suverenliyini bərpa edən Azərbaycana dünya ictimaiyyətinin inam və etimad göstərməsi tutduğumuz yolun düzgünlüyündən, beynəlxalq hüquqa söykənməsindən xəbər verir. Qırx dörd günlük Vətən müharibəsinin ən qızğın vaxtlarında, Ermənistanın hay-həşir salaraq bütün dünyaya kömək üçün yalvardığı bir dönəmdə Azərbaycana qarşı haqsız təzyiqlər, təhdidlər, qarayaxma kampaniyaları heç bir nəticə vermədi. İndi həmin qüvvələr “X” sosial media platformasında tam gücləri ilə hərəkətə keçiblər. COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillər koordinasiya olunub. Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir. Onlar ictimai rəyi çaşdırmağa çalışırlar. Guya ölkə əhalisi sosial durumlarından narazıdırlar, COP29-un Azərbaycanda keçirilməsini istəmirlər və s. Hər zaman ölkəmizdə keçirilən mühüm tədbirlər öncəsi bu kimi qarayaxma və antitəbliğat kampaniyaları bizə çox tanışdır.

“Erməni lobbisinin, anti-Azərbaycan mərkəzlərinin belə cılız, iyrənc siyasətləri qlobal əhəmiyyətli beynəlxalq təşəbbüslərin qarşısını ala bilməz. Noyabrın 11-22-də keçiriləcək COP29 iqlim konfransı çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyəti Bakı şəhərinə gələcək. Azərbaycanın mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaq. Bizə qarşı çirkin kampaniya aparanlar bunu çox gözəl bilirlər. Onlar yaxşı başa düşürlər ki, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan “yaşıl” enerji ilə bağlı da ambisiyalı layihələrlə çıxış edir. Azərbaycan hökuməti 2030-cu ilə qədər enerji tələbatının 30 faizinin bərpaolunan mənbələr hesabına ödənilməsini hədəf kimi müəyyənləşdirib. Bərpaolunan enerji mənbələri iqlimlə bağlı hədəflərə nail olmaqda ən perspektivli həll yolu təklif edir. Azərbaycan istixana qazlarının 2030-cu ilə qədər 35 faizə, 2050-ci ilədək isə 40 faizə qədər azaldılması öhdəliyini götürüb. Yaşıl enerjinin istehsalı və dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir. Böyük neft və qaz istehsalçısı olsa da Azərbaycanın əsas gündəliyi yaşıl enerji ilə bağlıdır. Azərbaycan COP29 iqlim konfransına 14 təşəbbüs irəli sürüb və bu təşəbbüslər qlobal xarakter daşıyır. Biz bu konfransda daxili problemlərimizin həllinə hesablanmış heç bir təşəbbüs irəli sürməmişik. Məqsəd isə qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq niyyətindədir”, - deyə R.Alıyev vurğulayıb.

Politoloq hesab edir ki, Azərbaycanın qlobal miqyaslı təşəbbüsləri bəzi dairələrin ürəyincə deyil. Dünyada qlobal iqlim problemlərini yaradan güclər həll yollarını təklif edən ölkələri gözdən salmaqla məşğuldurlar. Azərbaycana qarşı çirkin kampaniya aparanların maraqları COP29-un maraqları ilə üst-üstə düşmür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see332

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see246

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see114

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri