Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirilib

COP29un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirilib

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


COP29 Sədrliyi tərəfindən təşkil edilən, həmçinin icmaların iştirakı, yaşıl keçid,  texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona beynəlxalq iqlim konfransının ilk günündə qapılarını ziyarətçilərə açaraq, konfrans müddətində keçiriləcək silsilə tədbirlərin ilk buraxılışını təqdim edib.

Yeniavaz.com xəbər verir kiproqramın ilk günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən tədbir iqlim fəaliyyəti və karbon neytrallığı mövzusunda olub.
“Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda maraqlı tərəfləri bir araya gətirən bu tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf,  iqlim  dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və karbon bazarları üzrə ekspert Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpa olunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirə olunub.
Tədbir zamanı auditoriya dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumatlandırılıb, həmçinin COP29-un daha yaşıl və dayanıqlı resurslardan səmərəli şəkildə istifadə edən dayanıqlı tədbir etalonu kimi mövqeləndirilməsinə necə dəstək vermələri barədə müzakirələri dinləyiblər.
Qeyd edək ki, COP29 konfransının ilk günündə fərqli şirkətlər tərəfindən keçirilən biomüxtəlifliyin qorunması, bərpa olunan enerji sahəsində innovasiyalar, iqlim ədaləti və dayanıqlılıq uğrunda mübarizədə nəsillərarası əməkdaşlıq, ali təhsilin iqlim dəyişmələrinə qarşı mübarizədə həlledici rolu və bu kimi digər mövzuları əhatə edən müzakirə və seminarlar eyni zamanda dinamik “Extreme Hangout” sahəsində təşkil olunan performans və interaktiv sessiyalarla və ümumilikdə Yaşıl Zonanın pavilyon sahələrindəki aktivliklərlə müşaiyət olunub.
COP29 Yaşıl Zonada qarşıdakı günlərdə də fərqli formatlarda tədbirlərin keçirilməsi planlaşdırılıb. Belə ki, 22 noyabr tarixinədək COP29 rəsmi tərəfdaşları ilə əməkdaşlıq formatında bir sıra mövzularda panel diskussiyaları təşkil ediləcək və bu tədbirlərdə iqlim və dayanıqlılıq sahəsinin aparıcı ekspertləri və tanınmış simaları iştirak edəcək.
Xatırladaq ki, COP29 Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır. İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə ödənişsiz əldə edə bilərlər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Noyabr 2024 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see194

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see122

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see121

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see119

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri