Icma.az
close
up
RU
COP30 da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin ilk Yüksəksəviyyəli Dialoqu keçirilib

COP30 da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin ilk Yüksəksəviyyəli Dialoqu keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 noyabr, AZƏRTAC

Braziliyanın Belen şəhərində keçirilən COP30 çərçivəsində Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə, COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər.
Görüşün əsas məqsədi iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyin daha da irəlilədilməsindən ibarət olub.

“Sülh, Yardım və Bərpa naminə İqlim Fəaliyyəti üzrə Bakı Çağırışı”

Tədbirin açılışında çıxış edən COP29 Sədri Muxtar Babayev qeyd edib ki, COP29 zamanı təsis edilmiş Bakı Mərkəzi, iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub. Mərkəzin təqdimatı ilə çıxış edən xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, Bakı Mərkəzi artıq iqlim və münaqişələrdən əziyyət çəkən ölkələrdə innovativ modellərə əsaslanan pilot layihələrin icrasına başlayır. Natiq bu vəzifənin COP29 təşəbbüsü olan Bakı Mərkəzinə həvalə edilməsini beynəlxalq tərəfdaşların ölkəmizin etibarlı xarici siyasəti və iqlim diplomatiyasına inamının nümunəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Yaşıl İqlim Fondunun İcraçı Direktoru xanım Mafalda Duarte, Bakı Mərkəzinə tam dəstəkyini ifadə edib və sözügedən təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımın artırılması sahəsində vacib beynəlxalq mexanizmə çevrildiyini vurğulayıb.

Bu xüsusda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərkəzin ölkəmizin digər vacib təşəbbüsü olan “Bakıdan Belenə Yol Xəritəsi”nin icrasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib.

Tədbirdə, ilk pilot layihələr üzrə Birgə İşçi Qruplarının yaradılmasına dair Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də Qambiya Ətraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb. İmzalama mərasimindən öncə çıxış edən Qambiya və Fici iqlim nazirləri, Qvineya-Bissau, İraq və Malavinin yüksəksəviyyəli hökumət nümayəndələri, Bakı Mərkəzinin qısa müddətdə qlobal müstəvidə vacib əməkdaşlıq platformasına çevrildiyini vurğulayaraq, Azərbaycan dövlətinə və COP29 sədrliyinə beynəlxalq sülhün irəlilədilməsi sahəsindəki liderliyə, həmçinin həssas ölkələrə göstərdiyi davamlı dəstəyə görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Bakı Mərkəzinin Yüksəksəviyyəli Dialoqunun Belen Kommunikesi qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri