COP31 də təhsil və gənclər təşəbbüsləri önə çıxacaq
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Gələn ay Türkiyənin ev sahibliyi ilə Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) təhsil və gənclər təşəbbüsləri önə çıxacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, COP31 zamanı "Gənclər və Təhsil" mövzusunda görülən işlər ilə təhsilin iqlim dəyişikliyi ilə mübarizədə və ona uyğunlaşmada rolu beynəlxalq gündəmə gətiriləcək.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzv dövlətlərinin ən yüksək qərar qəbuletmə orqanı olan COP31 9-20 noyabr tarixləri arasında Antalyada keçiriləcək.
Nazirlik iqlimə davamlı təhsil sistemlərinin inkişafına, müəllimlərin səlahiyyətləndirilməsinə, iqlim savadlılığının və yaşıl bacarıqların təşviqinə, eləcə də uşaqların və gənclərin COP31 prosesi zamanı iqlim fəaliyyətində fəal rol oynamalarına imkan yaradılmasına diqqət yetirəcək.
COP31-in Mavi Zonasında, UNESCO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlıq çərçivəsində milli təhsil naziri Yusuf Tekinin iştirakı ilə yüksək səviyyəli sessiyaların keçirilməsi planlaşdırılır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Final seriyasında kim önə çıxacaq?
11 May 2025 12:32
Qazaxıstan nadir metallarla önə çıxacaq
30 Sentyabr 2025 20:28
Ermənistanla ticarətdə hansı məhsullar önə çıxacaq? Deputat AÇIQLADI
14 Avqust 2026 12:03
Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
09 Noyabr 2025 13:56
“Sabah” Gənclər Liqasında cavab oyununa çıxacaq
06 Noyabr 2024 09:05
Baxış sayı:83
Bu xəbər 09 Oktyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















