Icma.az
close
up
RU
COP31 Sədrliyi 2035 ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

COP31 Sədrliyi 2035 ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

COP31 Sədrliyi qlobal enerji keçidini sürətləndirmək məqsədilə yeni “35x35” təşəbbüsünü təqdim edib. Təşəbbüsə əsasən, elektrik enerjisinin qlobal enerji tələbatındakı payının hazırkı 20 faizdən bir qədər çox səviyyədən 2035-ci ilədək 35 faizə çatdırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə COP31 Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bonn İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı məlumat verib.

Murat Kurum qeyd edib ki, nəqliyyat, binalar və sənaye sektorlarında fosil yanacaqlardan təmiz elektrik enerjisinə keçidin sürətləndirilməsi həm emissiyaların azaldılmasına, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

COP31 Sədrliyinin fəaliyyət gündəminə daxil edilən digər hədəflər arasında 2035-ci ilədək qlobal tullantı artımının yarıya endirilməsi və bina sektorunda enerji istehlakı intensivliyinin ən azı 25 faiz azaldılması da yer alır. Bu təşəbbüslər şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması və resurslardan daha səmərəli istifadə məqsədi daşıyır.

Murat Kurum bildirib ki, müxtəlif ölkələrin fərqli inkişaf səviyyələri nəzərə alınacaq və xüsusilə, inkişaf etməkdə olan iqtisadiyyatlara texniki, institusional və maliyyə dəstəyi göstərilməsi istiqamətində əməkdaşlıq genişləndiriləcək.

COP31 Sədrliyi, həmçinin Avstraliya ilə birlikdə Beynəlxalq Enerji Agentliyinə xüsusi hesabatlar hazırlamağı tapşırıb. Hesabatlarda qlobal elektrikləşmə hədəfinə nail olunmasının yolları, eləcə də tullantıların azaldılmasının iqtisadi və ekoloji faydaları qiymətləndiriləcək.

Ekspertlər hesab edirlər ki, elektrikləşmənin sürətlənməsi enerji sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, ölkələrin kömür, neft və qazdan asılılığını azaltmağa, enerji xərclərini aşağı salmağa və iqlim məqsədlərinə yaxınlaşmağa imkan verəcək.

Qeyd edək ki, Bonn İqlim Dəyişikliyi Konfransı çərçivəsində Murat Kurum “COP31 Ev Sahibi Ölkə Sazişi”-ni imzalayıb və Türkiyənin sədrliyi ilə bağlı müzakirələri davam etdirib. O, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə birlikdə protokolu imzalayıb və sözügedən təşkilatın katibliyi ilə konstruktiv əməkdaşlığın qarşıdakı dövrdə də artmağa davam edəcəyini bildirib.

Müəllif – Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri