Coşqun ehtiyatda qaldı, Vüsalın komandası qalib gəldi
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə I Liqasında XXVIII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, bu dəfə azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar qarşılaşıb. Coşqun Diniyevin formasını geydiyi “Çorum” evdə Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor”a məğlub olub.
Diniyev bu matçda meydana çıxmayıb. Vüsal isə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 82-ci dəqiqədə Kosta Aleksiçin yerinə meydana daxil olub.
Bu qələbədən sonra “Boluspor” 41 xalla 7-ci pilləyə yüksəlib. “Çorum” isə 39 xalla 10-cu yerə yuvarlanıb.
Türkiyə I Liqası
XXVIII Tur
5 mart
Çorum – Boluspor 0:2
Qollar: Ceferson, 56, O.Güçtekin, 80

Vüsalın komandası qalib gəldi
11 Mart 2025 13:23
Vüsalın komandası yarımfinalda
16 May 2025 10:47
Coşqun oynamadı, komandası bərabərə qaldı
05 Aprel 2025 23:45
Coşqun oynadı, komandası bərabərə qaldı
10 Yanvar 2025 23:55
Coşqun meydandan qovuldu, komandası qalib gəldi
08 Dekabr 2024 08:30

