Covanni van Bronxorst istefaya göndərilib
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin "Beşiktaş" futbol klubunun baş məşqçisi Covanni van Bronxorst istefaya göndərilib.
Bu barədə futbol klubunun mətbuat xidməti xəbər verib.
Klub Covanni van Bronxorsta fəaliyyətinə görə təşəkkürünü bildirib, ona gələcək karyerasında uğurlar arzulayıb.
"Beşiktaş"ın baş məşqçisi vəzifəsini müvvəqət olaraq Sərdar Topraktəpə icra edəcək.

