Van Bronxorst Beşiktaşdan təzminat tələb edir
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Beşiktaş"ın baş məşqçisi Covanni van Bronxorst istefa vermək fikrindən vaz keçib.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis öz istəyi ilə postunu tərk etməyəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Van Bronxorst "Beşiktaş"dan ayrılmağın əleyhinə deyil. Lakin 49 yaşlı məşqçi özü istefa vermək istəmir. O, müqaviləsinin sonuna qədər olan müddətin maaşını təzminat kimi alacağı təqdirdə İstanbul təmsilçisindən ayrılacaq.
Qeyd edək ki, Covanni van Bronxorst mövsümün əvvəlində "Beşiktaş"ın baş məşqçisi təyin olunub. "Qara qartallar" Super Liqada 13 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
Van Bronxorst Beşiktaşdan təzminat tələb edir
30 Noyabr 2024 12:55
Van Bronxorst üçün son həftə
26 Noyabr 2024 14:03
Covanni van Bronxorst istefaya göndərilib
30 Noyabr 2024 21:31
İngiltərə klubu Beşiktaşdan 13 milyon avro tələb edir
31 Dekabr 2024 17:35
Beşiktaşdan UEFAya müraciət
23 Dekabr 2024 13:53

