Icma.az
close
up
RU
Milli mətbuat 150: Həsən müəllimlə söhbət

Milli mətbuat 150: Həsən müəllimlə söhbət

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əli Cabbarov,

Naxçıvan Dövlət Universitetinin dosenti

***

Hələ süni intellektin, yaxud internetin deyil, heç radio və televiziyanın da olmadığı bir dövrdə adamların oxumaq, dünyada və məmləkətdə olub-bitənlərdən xəbərdar olmaq marağı edə bir həddə çatmışdı ki, bu zaman baş verən hər hansı siyasi hadisə, yaranan texnoloji yenilik və ya keçirilən mədəni tədbir dövrün qəzetlərini sanki cəmiyyəin orqanik bir parçası halına gətirmiş, qəzet çıxarmaq və oxumaq maarifçilik və yenilik qaynağı kimi elit bir məşğuliyyətə dönmüşdü.

Belə bir dövrdə XIX əsrin ikinci yarısından başlayaraq dünyada sənaye, nəqliyyat, texnologiya və təhsil sahələrində baş verən inkişaf o zamankı Azərbaycan cəmiyyətini, onun aydınlarını da dərindən düşündürürdü. Belə bir şəraitdə 150 il əvvəl, 1875-ci ildə yaranan “Əkinçi” qəzeti hələ Azərbaycan dilində heç bir qəzetin olmadığı dövr üçün milli mətbuatın flaqmanı kimi yaranıb, özündən sonrakı anadilli nəşrlər   üçün də məktəb rolunu oynadı. Bu məktəbi görə bilmək, oradakı dərsləri dinləyə bilmək üçün dövlət başçımız Prezident cənab İlham Əliyevin Sərəncamı ilə böyük təntənə ilə qeyd olunan Milli Mətbuatın 150 illik yubileyi ərəfəsində “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi ilə kiçik bir virtual söhbətlə gəlin keçmişə qayıdıq. 

Şübhəsiz, Həsən müəllim bir ziyalı kimi XIX əsrin ikinci yarısındakı elmi-mədəni mühiti yaxşı bilən bir maarfçi baxışı ilə o dövrdə Rusiya imperiyasının tərkib hissəsi olan Azərbaycan cəmiyyətindəki problemləri, sadə insanlar arasındakı kütləvi savadsızlığı, orta əsrlərdən qalma feodal qayda-qanunlara, mövhumata və fanatizmə meyli yaxşı görürdü. Cəmiyyətdəki təbəqələşmə, təhsilin rus dilində aparılması və bundan da yalnız varlı təbəqənin nümayəndələrinin bəhrələnməsi o dövrdəki Azərbaycanın tərəqqipərvər ziyalıların dərindən düşündürürdü. Həsən bəy Zərdabi də bu qaranlıq mühitdən çıxış yolunu milli dilimizdəki kütləvi yazıb-oxumaqda görürdü ki, bunun da açarı ana dilmizdə nəşr olunacaq ilk qəzet nəşrindən keçirdi.  

Həsən bəy Zərdabinin təsisçiçi və baş redaktoru olduğu “Əkinçi” də məhz belə bir dövrdə yaranmaqla təkcə yeni əkinçilik qaydalarını kəndlilərə aşılamaq, yaxud sağlam yaşamağın yolların öyrətmək deyil, uşaqların və xüsusən də qadınların təhsilli olmaları üçün cəmiyyətə güclü bir impuls vermək, bununla da ideoloji və mədəni inqilaba yol açmaq missiyası daşıyırdı. Bu missiya ziyalıların xalqla dialoqu kimi sonrakı illərdə də daha da genişlənərək mətbu meydanda “Molla Nəsrəddin”çilər, “Füyuzat”çılar yarandı, “Cavanlar həyatı” – (“Şərq qapısı” qəzetinin ilk adı) həyata vəsiqə qazandı. Sonrakı illərdə də xalqın içində yaşamağı bacarmış olan Azərbaycan mətbuatı bununula da Rusiyanın ucqar bir bölgəsindən Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və Ordusuna sahib olan müstəqil Azərbaycanın canlı salnaməsini yaratdı. Ona görə də üzərindən keçən 150 illik bir təkamüldən sonra bu salnamənin səhifələrindəki bəzi tarixi hadisələri Həsən bəy Zərdabi ilə yenidən bölüşmək maraqlı olardı.  

Milli mətbuatımızın banisi bu gün yaşasaydı müstəqil Azərbaycan dövlətinin qazandığı qələbələr onun qəzetində Baş redaktor köşəsinin əsas başlıqlarını təşkil edərdi.  Həsən müəllimlə söhbət imkanımız olsaydı, şübhəsiz, 1875-ci ildən sonrakı dövr, xüsusən XX əsrin əvvəllərində Rusiya imperiyasının yıxılması, daha sonra SSRİ-nin yaranması və çöküşü, dünyanın altını üstünə çevirmiş iki dünya müharibəsi, hava nəqliyyatının yaranması, kosmosun fəthi və nüvə enerjisinin kəşfi, radio, televiziya, kompyuter texnologiyasının və internetin yayılması onu çox təəccübləndirərdi. “Əkinçi” nin nəşri üçün İstanbula gedib avadanlıq gətirmək üçün kim bilir, neçə gün yol getmiş Həsən müəllmə indi Bakıdan qardaş ölkəyə uçmaq üçün cəmi 2 saat vaxt tələb olduğunu deyə bilsəydik, bu onu nə qədər xoşbəxt edərdi? Yaxud, Azərbaycan - Türkiyə-Pakistan qardaşlığını həmin 150 il əvvəlki dövrdə də yaxşı görmüş böyük maarifpərvər bu gün Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri və Pakistan lideri  təyyarəsinin Laçın Beynəlxalq Hava Limanına enişi  haqda xəbərləri kim bilir hansı coşqu ilə dərc etdirərdi?! 

150 il əvvəl Həsən müəllim də milli məsələdə prinispial olub, “Əkinçi” nin nəşrinə qədər Azərbaycanda və eləcə də Cənubi Qafqazda rus, gürcü və erməni dillərində çıxan qəzet və jurnalların, eləcə də Qarabağa köçürülən erməni ailələrinin sayından yaxşı xəbərdar idi. Bu faktlar haqqında indi ondan soruşmaq imkanmız olsaydı, böyük maarifçi bunu indiki bəzi tarixçilərimizdən və hələ də rus dilini “vopşe”, “tak çto” və “znaçit” kimi sözlər səviyyəsində danışa bilən Azərbaycançılıqdan uzaq bəzi dırnaqarası nizamsız akademiklərimizdən də yaxşı açıqlaya bilərdi. Ancaq ana dilini, onu gözəlliklərini yəqin ki, o dövrdə də yaşamış rusdilli çuşkalardan qorumağı bacarmış Həsən müəllim indi Azərbaycanda hər yerdə dövlət dilinin öz dilmiz olduğunu bilsəydi, böyük ehtimal bunun sevinci altında dilimizi bəyənməyən həmin “donqili” (Naxçıvan dialektində “saxta”) ziyalıların hər birinə bir ədəd qara kişi qalstuku da alıb  “skromnıy” hədiyyə edərdi.   

Ancaq Həsən müəllim səxavətli və əzmli olduğu  qədər də səbrli olduğu  üçün məsləkdaşlarına və davamçılarına həmişə  qələmin  gücü  ilə  mübarizə  aparmağı, azad  sözün gücünə inanmağı  tövsiyə  edirdi. Odur ki, Həsən bəy bu günkü qəzet,  radio, televiziya, onlayn  media  və  sosial şəbəkələr formasında  yayılan mediamızı  izləyə bilsəydi  bu  qədər geniş  imkanların    yaratdığı  gücü hamıdan  yaxşı  görə bilərdi. Və 150 il  əvvəlki “Əkinçi”si ilə    xalqı  maarifləndirməyi  düşündüyü  kimi o, bu  gün də   işıq sürətilə  yayılan  medianın  vəzifəsinin  insanlara  qida,  su  qədər vacib  olan  xəbəralma tələbatının ödənilməsi olduğunu   heç düşünmədən deyərdi. 

Alim işıq, ziya, maarif deməkdir. Uca Allah məzarını nurlu etsin Həsən bəy Zərdabinin! Onun 150 il əvvəl başlatdığı “Əkinçi”nin işığı bu gün də Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağa və Azərbaycan reallıqlarını dünyaya əks etdirməyə çatır. Milli mətbuatımız Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini daim yaşadıb təbliğ edən, dövlət başçımız Prezident İlham Əliyevin çıxışlarını, səfərləri və görüşləri haqda xəbərləri kütləvi olaraq dünyaya yayan ideoloji bir ordu kimi də dövlətmizə, xalqımıza layiqincə xidmət edir. Odur ki, əgər bir möcüzə də baş verib Həsən bəyə Ordumuzun böyük Qarabağ Zəfəri və Xankəndindən gələn azan səsi xəbərlərini də verə bilsəydik, bu, onu sonsuzadək rəhmətə qovuşdurardı. 

Ruhun şad olsun, böyük maarifçi insan! 

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri