Icma.az
close
up
RU
COVID 19 orqanizmdə “zombi fragmentlər” saxlayır ARAŞDIRMA

COVID 19 orqanizmdə “zombi fragmentlər” saxlayır ARAŞDIRMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər müəyyən ediblər ki, koronavirusun parçalanmasından sonra orqanizmdə qalan “zombi-fragmentlər” təkcə uzunmüddətli COVID-19 zamanı xroniki iltihabı dəstəkləmir, eyni zamanda immun sisteminin hüceyrələrini birbaşa məhv edə bilir.

Redaktor.az xəbər verir ki, bu nəticəyə beynəlxalq tədqiqatçılar qrupu gəlib. Araşdırmanın nəticələri "PNAS" (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub.

Tədqiqat müəllifləri göstəriblər ki, SARS-CoV-2 virusu dağıldıqdan sonra onun zülal qalıqları orqanizmdə qalmaqda davam edir və hüceyrələrlə aktiv qarşılıqlı əlaqəyə girir. Bu fragmentlər tək-tək deyil, qruplar halında fəaliyyət göstərir və membran quruluşu “şaxələnmiş” olan immun hüceyrələrini seçici şəkildə hədəf alır.

İlk növbədə virusları tanıyaraq immun cavabı işə salan dendrit hüceyrələr, eləcə də yoluxmuş hüceyrələrin məhvində mühüm rol oynayan CD4+ və CD8+ T-hüceyrələri zərər görür. Bu T-hüceyrələrinin tükənməsi daha əvvəl COVID-19-un ağır və uzunmüddətli gedişi ilə əlaqələndirilsə də, prosesin mexanizmi indiyədək tam aydın deyildi.

Kaliforniya Universitetinin (Los-Anceles) bioingeniri Cerard Vonqun sözlərinə görə, aktiv virus orqanizmdən tam təmizləndikdən sonra belə, onun qalıqları sağlamlığa zərər verməyə davam edir. Bu isə uzunmüddətli COVID-19 simptomlarının aylarla davam etməsini və immun sistemi zəif olan şəxslərdə daha ağır təzahür etməsini izah edə bilər.

Alimlər virusun müxtəlif variantları arasında fərqlər də aşkar ediblər. Belə ki, “Omikron” ştammı daha çox sayda zülal fragmentinə parçalanır, lakin bu fragmentlərin immun hüceyrələrinə təsiri xeyli zəif olur. Bu fakt “Omikron”un sürətlə yayılmasına baxmayaraq, xəstəliyin daha yüngül keçməsi ilə izah oluna bilər.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri