Icma.az
close
up
RU
Çövkən üzrə ilk Avropa Çempionatı Polşada keçiriləcək

Çövkən üzrə ilk Avropa Çempionatı Polşada keçiriləcək

Icma.az bildirir, Yenisabah portalına istinadən.

3-7 iyun 2025-ci il tarixlərində Polşanın Szonowice şəhərində Beynəlxalq Çövkən Federasiyasının (BÇF) təşkilatçılığı ilə Çövkən idman növü üzrə tarixdə ilk dəfə Avropa çempionatı keçiriləcək. Bu mötəbər yarışda Avropa qitəsini təmsil edən altı ölkənin – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyənin milli komandaları iştirak edəcək.

Çempionat çərçivəsində 4 iyun tarixində Beynəlxalq Çövkən Federasiyasının üçüncü Baş Assambleyası da baş tutacaq. Assambleya zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.

Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb. 2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Beynəlxalq Çövkən Federasiyası 2024-cü ilin fevral ayında 19 ölkənin iştirakı ilə Bakı şəhərində təsis edilmiş, nizamnaməsi təsdiq olunmuşdur. Elə həmin ilin iyun ayında keçirilən ikinci növbədənkənar Assambleya zamanı federasiyanın üzv ölkələrinin sayı 54-ə çatmışdır. 2024-cü ildə Azərbaycan paytaxtı Bakı şəhərində 10 ölkənin iştirakı ilə ilk Çövkən üzrə Dünya Çempionatı təşkil olunmuş və Azərbaycan komandası birinci yeri tutaraq ilk dünya çempionu adını qazanmışdır. Elə həmin Assambleyada qəbul edilmiş qərara əsasən, növbəti dünya çempionatı da 2026-cı ildə yenidən Bakıda keçiriləcək.

Çövkən Azərbaycan üçün təkcə idman növü deyil, həm də xalqın qədim mədəni irsinin daşıyıcısıdır. Bu baxımdan, 2013-cü ildə UNESCO tərəfindən “Təcili qorunması zəruri olan qeyri-maddi mədəni irs” siyahısına daxil edilməsi çövkənin Azərbaycan xalqı üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Hazırda ölkəmizdə bu qədim atüstü oyunun dirçəldilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri