Icma.az
close
up
RU
Çox evdə hələ də bu dəstdən var İndi 1100 manata satılır FOTO

Çox evdə hələ də bu dəstdən var İndi 1100 manata satılır FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Vaxtilə nənələrimizin mətbəx şkaflarında adi qab kimi dayanan, bəlkə də çoxumuzun köhnəlib deyə kənara atdığı dəstlər indi sərvət dəyərindədir. 1960-1970-ci illərin mətbəx və süfrə dəstləri gözlənilmədən antikvar bazarının ən çox axtarılan əşyalarına çevrilib. Bu gün həmin qab-qacaqlar kolleksionerlər tərəfindən bəzən min manatdan da baha qiymətə alınır. Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, məsələn, son hərracların birində belə bir dəst düz 600 avroya, yəni təxminən 1100 manata satılıb. Üstəlik, bu qiymət tək-tük hallarda rast gəlinən rəqəm deyil, oxşar məhsullar mütəmadi olaraq bu qiymətə alıcı tapır.

Bəs nə baş verir? Niyə insanlar onilliklər əvvəl istehsal olunan adi boşqablara bu qədər pul xərcləyirlər?

Ekspertlər bunu dəyişən ev dizaynı və "retro" marağı ilə izah edirlər. Uzun illərdir hökm sürən sadə, rəngsiz və cansız dizaynlar artıq insanları yorub. İndi hər kəs evində rəngli, naxışlı və ruhu olan əşyalar görmək istəyir. Xüsusilə "Villeroy and Boch" şirkətinin 1960-cı illərin sonunda satışa çıxardığı "Acapulco" seriyası indi əsl xəzinə sayılır. Dizayner Kristian Royterin Meksika xalq sənətindən ilhamlanaraq yaratdığı o məşhur quş və çiçək təsvirləri vaxtilə hər evdə vardısa, indi nadir tapılan inciyə çevrilib. Burada emosional tərəf də böyük rol oynayır. Həmin süfrələrin başında böyüyən nəsil indi maliyyə imkanlarına sahibdir və öz uşaqlıq xatirələrini geri qaytarmaq üçün bu əşyalara sərvət ödəməyə hazırdır. Əgər evinizdə həmin illərdən qalan, dəsti tam və zədəsiz bir dəst varsa, bilin ki, şkafda sadəcə qablar deyil, kiçik sərvət gizlənir. Bəzən dəstin içindən cəmi bir fincan belə ayrıca satıldıqda kifayət qədər yüksək məbləğ qazandırır.

Oxunub 24

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Fevral 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri