Icma.az
close
up
RU
Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq hakimlər bizim oyunlara fərqli yanaşsınlar Qurban Qurbanov

Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq hakimlər bizim oyunlara fərqli yanaşsınlar Qurban Qurbanov

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 9-cu turunda "Azersun Arena"da "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ayxan Abbasova uğurlar arzulayıram. Bizim üçün elə də asan oyun olmadı. İstərdim daha dinamik oyun getsin. Əfsuslar olsun ki, alınmırdı. Rəqibin oyun üslubu belə idi. Onların oyunçuları çox tez əks-hücuma keçirdilər. Top itkisi olanda oyuna istədiyimiz kimi başlaya bilmirdik. Ümumən yaxşı oynadıq. "Şamaxı" yaxşı mübarizə apardı, məşqçinin əl işi hiss olunur. Belə oyunlar bizə asan olmur. Çünki oyun tez-tez dayanırdı. Dəfələrlə bunu demək istəmişəm. Oyunun tez-tez dayanmasının bəlkə də Azərbaycan çempionatında kiməsə faydası olur. Sırf bu matç üçün demək istəmirəm. Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq hakimlər bizim oyunlara fərqli yanaşsınlar. Daha diqqətli, daha ciddi olsunlar. Oyunu uduzaq, eybi yox. Çempionlar Liqası matçlarından sonra oynamayan futbolçulara şans verirəm. Onların da dinamikaya, sürətə uyğunlaşması komanda üçün çox vacibdir. Bu qədər vaxt keçirmək... Həkimlər bəlkə də beş dəfə meydana girdilər. 1 dəqiqəyə oyunçunun yanına çatırlar, 1 dəqiqəyə qayıdırlar. Ayxan Abbasov da futbolçularına hirslənir, durun deyir. Gərək buna hakimlər nəzarət etsinlər. Belə olmaz da. Qapıçı qurtarış edib yıxılır, zədə alıb sanki. Bu, bizim heç birimizə fayda verən bir şey deyil. Biz istəyirik ki, Avropa ilə ayaqlaşaq. Birdən-birə 180 dərəcə temp dəyişir. Əlbəttə ki, bizim üçün asan deyil. "Atletik"lə matçdan 5 gün sonra oynayırdıq. Səfər oyunlarından sonra futbolçularda yorğunluq olur. Rəvan Həmzəzadənin idarə etdiyi matçlarda rəqibin kimliyindən asılı olmayaraq temp olur. Cərimə zərbələrini çox da saxlamır. Belə hakimlər var. Çempionatı buna uyğunlaşdırmaq lazımdır. Top 15 dəqiqə oyunda olmursa, futbolçuların vaxt keçirməsinə göz yumulursa... 1-2 dəqiqə tempi qaldırırsan, rəqibi cərimə meydançasına sıxışdırırsan, oyun dayanır. Oyunçular da istər-istəməz əsəbləşirlər, oyundan çıxırlar. Bu, onlara heç də fayda vermir. Hər dəqiqə həkim meydana girir. Hələ görmədim bir nəfərin harasısa yarıldı. Çıxırlar, təzədən qayıdırlar. Belə detallara diqqət ayrılsa, yaxşı olar. Hər bir halda Ayxan Abbasova uğurlar arzulayıram, oyuna yaxşı hazırlaşmışdı. Bəlkə də udmağa layiq idi. Udsaydıq da, bu sözləri deyəcəkdim. Futbol mübarizədir. Hər dəfə oyunu saxlamaq yaxşı olmaz. Oyuna gəldikdə xallarımızın üzərinə 1 xal gəldi. Görünən odur ki, çempionat heç də asan deyil. Son oyunlara kimi gərgin mövsüm gedəcək.

- Oyun demək olar ki, "Şamaxı"nın qapısının qarşısında keçdi. Rəqibin müdafiəsini yara bilmədiz?

- Buna "Şamaxı" imkan vermədi. Biz cəhd edirdik. Burada daha çox iş "Şamaxı" müdafiəsinin üzərinə düşür. Diqqətli oynayırdılar. Sonlarda yaxşı oyun görə bilərdik. 1-2 dəqiqə görürdük, sonra dayanırdı. Bunun sayı çox olmalıdır.

- Növbəti turda "İmişli" ilə qarşılaşacaqsız. Çempionlar Liqasındakı matçınızı nəzərə alsaq, çempionat oyununun təxirə salınmaq ehtimalı var?

- Xeyr. Oynayacağıq.

- Millinin son oyunlarından sonra "Qarabağ"ın hücum xəttində məhsuldarlıq azalıb. Bunu nə ilə əlaqələndirərsiz?

- Ola bilər. Belə period olur. Həmişə istədiyimiz kimi alınmaz. Rəqiblər də bizə ciddi yanaşırlar. Komanda həmişə sağlam olmur. Normal haldır. Bütün dünya futbolunda belədir. İstərdim ki, daha da məhsuldar oynayaq.

- Son dönəmlər mediada "Qarabağ"ın Çempionlar Liqasındakı ev oyunlarını "Tofiq Bəhrəmov"da deyil Olimpiya stadionunda keçirilməsi gündəmdədir. Belə bir hal baş verərsə, "Qarabağ"ın oyun fəlsəfəsinə və yaxud digər psixoloji amillərə təsir edə bilərmi?

- Bizim üçün "Tofiq Bəhrəmov"da oynamaq daha rahat olur. Lakin, 2017-ci ildə də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Olimpiya stadionunda keçirmişdik və yaxşı oyunlarımız alınmışdı. Bizim üçün elə də fərqi yoxdur. Olimpiya stadionu tam hazır deyil. Hazır olsaydı, orada da oynaya bilərdik.

- "Atletik"lə oyundan sonra ən çox müzakirə olunan mövzülardan biri də Elvin Cəfərquliyevə matç zamanı verdiyiniz reaksiya idi. Oyundan sonra bununla bağlı hər hansı söhbətiniz oldumu?

- Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır. 

- Sizcə, Premyer Liqada xarici hakimlərə ehtiyac varmı?

- Xeyr. Öz hakimlərimizin olması daha münasibdir. Bir çox hakimimiz var ki, avrokuboklarda oyunlar idarə edirlər. Hakimlər haqqında dediyim fikirlərdə məqsəd onların bizi dinləməsi və növbəti oyunlarda daha ürəkli olmasını istəmiyimizdir. Öz hakimlərimiz inkişaf etsin. Xarici hakimlərə ehtiyacımız yoxdur.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Oktyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see254

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see201

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see148

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see128

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see126

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see125

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri