Çox şeyi bacaracağımıza inanıram Səbail in baş məşqçisi
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
“Səbail”in baş məşqçisi vəsifəsi həvalə olunmuş Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında təyinatını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə belə danışıb:
“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm. Bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik”.
Elvin Məmmədov əlavə edib ki, qarşıdakı 9 oyunun hamısı onlar üçün finala bərabər olacaq: “Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.
Qeyd edək ki, Məmmədov martın 16-da istefaya göndərilən Cavid Hüseynovun köməkçilərindən biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 17 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















