Gündə 2 ədəd yemək xroniki qəbizliyi aradan qaldırmağa kömək edə bilər
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gündəlik iki ədəd yaşıl kivi yemək xroniki qəbizliyi yüngülləşdirə və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlarda həzm sistemi ilə bağlı narahatlığı azalda bilər.
Yeniavaz.com xəbər verir ki, bu qənaətə Yaponiyanın Tohoku Universitetinin tədqiqatçısı elmi araşdırmaların və klinik sınaqların nəticələrini təhlil etdikdən sonra gəlib.
Araşdırmanın nəticələri “Food, Nutrition and Health” jurnalında dərc olunub.
Beynəlxalq tədqiqatlardan birində 184 nəfərin iştirakı ilə gündə iki ədəd yaşıl kivi yeməyin və qəbizliyin müalicəsində istifadə olunan psillium adlı həll olunan lif əlavəsinin təsiri müqayisə edilib.
Məlum olub ki, xroniki qəbizlikdən əziyyət çəkən və gündə iki ədəd kivi yeyən insanlarda həftə ərzində bağırsaqların tam və təbii boşalması orta hesabla 1,53 dəfə artıb.
Qəbizliklə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə isə bu göstərici həftədə 1,73 dəfə yüksəlib. Hər iki qrupda həzm sistemi ilə bağlı narahatlıqların da azaldığı müşahidə olunub.
Tədqiqatçılar kivi meyvəsinin bu təsirini onun tərkibindəki lif, su və sorbitol maddəsi ilə əlaqələndirirlər. Sorbitol bağırsaqlarda suyun saxlanmasına kömək edir, lif isə nəcisin həcmini artıraraq bağırsaqların fəaliyyətini asanlaşdırır.
Bundan başqa, kivinin tərkibində olan bəzi maddələrin bağırsaq mikroflorasına müsbət təsir göstərə biləcəyi bildirilir. Meyvədəki aktinidin fermenti zülalların parçalanmasında iştirak etsə də, onun qəbizliyin aradan qaldırılmasındakı müstəqil rolu hələ sübuta yetirilməyib.
Araşdırmanın müəllifi hesab edir ki, gündəlik iki ədəd təzə yaşıl kivi yemək təxminən 4 həftə ərzində qəbizliyin yüngülləşdirilməsi üçün faydalı üsul ola bilər.
Qeyd edək ki, araşdırmada kivi qəbizliyə qarşı istifadə olunan digər vasitələrlə, o cümlədən psillium və qara gavalı ilə də müqayisə edilib. Müqayisəli tədqiqatların birində kivi qəbul edənlərdə əlavə təsirlərin və müalicədən narazılığın daha az olduğu müəyyənləşib.
Bununla belə, araşdırma müxtəlif elmi işlərin təhlilinə əsaslandığından nəticələrin bütün insanlarda eyni olacağına zəmanət verilmir. Xroniki qəbizlik, artan ağrılar və ya digər narahatedici simptomlar müşahidə olunduqda həkimə müraciət etmək tövsiyə olunur.
Baxış sayı:93
Bu xəbər 08 Noyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















