Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

“Çox xahiş edirəm, mənə İcraiyyə Komitəsi barədə sual verməyin” Qurban Qurbanov

“Çox xahiş edirəm, mənə İcraiyyə Komitəsi barədə sual verməyin” Qurban Qurbanov

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Futbolçularımı təbrik edirəm. Çox gərgin bir oyun oldu. Komanda sonda ümumən yorulmuşdu. Çox əziyyət çəkdilər. Rəşadı da təbrik edirəm. Oyundan oyuna daha mübariz komanda formalaşdırır”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Misli Premyer Liqasının 29-cu turunun “Zirə”yə qarşı bugünkü matçından (1:0) sonra mətbuat konfransında iştirak edib.

Qurbanov deyib: “Bu gun indiyə qədər “Zirə”yə qarşı keçirdiyimiz matçlar sırasında bizə oynamağa imkan verilməyən oyun idi. Rəqib çox ağıllı, düzgün müdafiə qurmuşdu. Düşünülmüş bir hücumları var idi”. 

Q.Qurbanov Yasin Benzianın hazırkı oyunu haqda suala cavabında bildirib: “Ümumən onun o mövqedə oyunundan razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oxuması məni məmnun edir. Sadəcə, bu gün ola bilər yorğun idi. Top itkiləri çox oldu. Ümumiyyətlə, çox oyunçumuz top itkisinə yol verdi. Mənim istədiklərimi meydanda yerinə yetirmək qabiliyyətində olan futbolçudur”.

- Kadinin əvəzlənməsi nə ilə əlaqədar idi?

- Özü əvəzlənməsini istədi. Ağrıları vardı. Görək, vəziyyəti nə dərəcədə ciddi olacaq. Topuğunda bir az şiş var. Qarşıdakı günlərdə durumu bilinəcək.

- Kubok oyununda planşeti qırdığınıza görə gözlənilirdi ki, AFFA İntizam Komitəsi sizə cəzalandıracaq. Amma heç bir cəza olmadı. Sizcə, nüfuzunuzdan çəkinərək belə mövqe nümayiş etdirildi?

- Niyə cəzalandırsın? Mən hakimin nə üzünə qarşı etiraz etmişəm, nə də meydana girmişəm. Sadəcə, ümumi epizoda dərindən baxsaq, hakimə hirslənəsi məqam deyil. Orda mən öz oyunçuma da hirslənmişəm ki, belə bəsit epizodlar olmalı deyil. Oyundan kənar bir epizod idi. Öz planşetimi sındırmışam. Cəza versələr də problem yoxdur. Amma mən bundan əvvəlki qırmızılara etiraz bildirmişdim. Bu gün də öz fikrimdə qalıram.

- ⁠AFFA İcraiyyə Komitəsində fəaliyyətinizin 1 ili tamam oldu. Sizcə, bu 1 ilfə Azərbaycan futboluna nə dərəcədə fayda verə bildiniz?

- ⁠1 ilə nəsə etmək elə də asan deyil. Orda olan müzakirələri nəzərə alsaq,  bir neçə ildən sonra bəhrəsini verəcək.

- ⁠İK-nin son toplantısında müxtəlif milli komandalarda uğursuz nəticə göstərən baş məşqçilər vəzifələrində saxlanıldı. Sizcə, bu, səhv qərar deyildimi?

- ⁠Çox xahiş edirəm, mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Çünki orda nə müzakirə olunursa, mediaya ətraflı məlumat verilir. Mən fikrimi burda yox, lazım olanda orda bildirirəm. Kənarda nəsə deməyi o qədər də düzgün saymıram. Bu, açıqlama veriləsi bir sual deyil. Ona görə üzrlü hesab edin. 

- Əsas rəqibiniz “Zirə”ni 15 xal qabaqlayırsınız. Bu xal fərqi gələcək turlarda komandanıza necə təsir edə bilər?

- 15 xal ciddi fərqdir. Hiss olunur ki, futbolçularda arxayınlaşma, rahatlıq var. Amma çox da üzərlərinə getmirəm. Neçə illərdi gərgin mövsüm keçiririk. Futbolçularda fiziki və psixoloji yorğunluq olur. Bəzən hətta futboldan doyurlar. İlboyu çox tələblər olur onlardan. Mənim də yorğun, oyunlara hazır olmadığım vaxtlar olur. Özümü motivasiya etmək istəyirəm, amma bəzən alınmır. Məncə, bunların futbolçulara faydası olacaq ki, meydana daha sərbəst çıxsınlar. Bütün oyunlara qalibiyyət üçün çıxacağıq. 

- ⁠Növbəti Çempionlar Liqasına birinci, yoxsa ikinci mərhələdən başlamaq sizə sərf edir?

- ⁠Bizə sərf edən minimum üçüncü olardı (gülür). Ən azı Avroliqanı təmin etmiş olardıq. Sonra da tam rahat hazırlaşardıq. Amma nə qədər gec başlasaq, o qədər yaxşıdır. Çünki futbolçuların istirahəti az olur. Millinin də oyunları var. Birinci mərhələdən başlasaq, ola bilər, bunun bizə böyük zərbəsi dəysin. İkinci mərhələdən start götürmək daha xeyirli olar. 

- ⁠Azarkeşlər bu mövsüm sizdən 2 kubok qazanmağı tələb edir. Buna söz verirsiniz?

- ⁠Mən nə vaxt demişəm ki, 2 kubok qazanmaq istəmirəm? Mən də istəyirəm bunu. Amma bunu məndən tələb etmirlər, sadəcə, istəyirlər ki, qalib gələk. Daim uğurlar olsun. Futbol elədir ki, tələb burda düzgün yanaşma deyil. Hamı istəyir, titul qazansın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Aprel 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri