“Çoxdanışan “sülhməramlı” müharibə yoluna qədəm qoyub” Medvedev Tramp haqqında
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Trampın Budapeşt sammitini ləğv etməsi, ABŞ-nin yeni sanksiyalar tətbiq etməsi Rusiyaya qarşı müharibə atkıdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev rəsmi “Telegram” kanalında yazıb.
“Çoxsaylı şərhçilərdən hər hansı birinin hələ də hər hansı bir illüziyası varsa, buyurun. ABŞ bizim düşmənimizdir və onların çoxdanışan “sülhməramlısı” indi tam şəkildə Rusiyaya qarşı müharibə yoluna qədəm qoyub”, - sabiq prezident bildirib.
Onun sözlərinə görə, Trampa haqq qazandırmaq da artıq əsas fikri dəyişmir.
“Əlbəttə, indi deyəcəklər ki, o, başqa cür edə bilməzdi, o, konqresdə təzyiqlərə məruz qalırdı və s. Ancaq bu, əsas fikri dəyişmir: qəbul edilən qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp ağılını itirmiş Avropa ilə tam həmrəydir”, - o əlavə edib.
Medvedev Trampın bu adımının “müsbət cəhətlərindən” də danışıb: “Artıq lazımsız danışıqlar üçün vaxt itirmədən Ukraynanı müxtəlif silahlarla vurmaq olar. Və bununla qələbəyə məhz mümkün olan yerdə - masa arxasında deyil, döyüş meydanında nail olmaq olar. Üstəlik, mənasız sövdələşmələr bağlamaqla deyil, düşmənləri məhv etməklə”.
Bu mövzuda digər xəbərlər:Tramp sülhməramlı imicini gücləndirməyə çalışır
07 Oktyabr 2025 16:21
Medvedev “Trampın Rusiya ilə müharibə yoluna girdiyini” deyir...
23 Oktyabr 2025 20:55
Medvedev əmindir, “Tramp qayıdacaq”..?
24 Sentyabr 2025 19:35
Tramp bizi aldadır Medvedev
22 Fevral 2025 23:59
Tramp ağlını itirib Medvedev
23 Oktyabr 2025 13:40
Baxış sayı:82
Bu xəbər 23 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















