Icma.az
close
up
RU
Çoxmərtəbəli binalarda lift PROBLEMİ Sakinlərdən toplanan vəsait hara gedir?

Çoxmərtəbəli binalarda lift PROBLEMİ Sakinlərdən toplanan vəsait hara gedir?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Çoxmərtəbəli yaşayış binalarında liftlərdən demək olar ki, hər gün istifadə edilir. Xüsusilə yaşlılar, uşaqlı ailələr və fiziki məhdudiyyətli şəxslər üçün liftlərin fasiləsiz və təhlükəsiz işləməsi mühüm əhəmiyyət daşıyır.
Lakin son illər müxtəlif binalarda liftlərin tez-tez sıradan çıxması, sakinlərin yuxarı mərtəbələrə çıxmaq üçün pilləkəndən istifadə etmək məcburiyyətində qalması, bəzi hallarda isə nasazlıqların qəza ilə nəticələnməsi bu sahədə təhlükəsizlik məsələlərini gündəmə gətirir.
 

MÖVZU İLƏ BAĞLI:
Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR – RƏSMİ


İnsanlar arasında ən çox müzakirə olunan suallardan biri də məhz liftlə bağlı problem yarandıqda məsuliyyətin kimin üzərinə düşməsidir.
Binanı idarə edən qurumun, servis şirkətinin və sakinlərin öhdəlikləri nədən ibarətdir? Liftlərin təmiri və yenilənməsi üçün tələb olunan vəsait hansı qaydada qarşılanmalıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak eksperti Elnur Azadov bildirir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, bina sakinlərinin, yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin üzərinə çoxmənzilli binanın saxlanılması öhdəliyi düşür:
“Əslində qanunda "köhnə bina" və ya "yeni bina" anlayışı yoxdur. Burada yalnız "çoxmənzilli bina" anlayışı nəzərdə tutulur.  Sovet dövründə inşa edilmiş çoxmənzilli binaların əksəriyyəti mənzil-kommunal təsərrüfat birliklərinin tabeliyindədir. Həmin binaların cari təmiri, əsaslı təmiri, liftlərin təmiri və digər işləri adətən bu qurumlar tərəfindən həyata keçirilir.
 

Özəl binalarda isə vəziyyət fərqlidir. MTK və MMC-lər tərəfindən inşa edilmiş binalar dövlət qurumlarının balansında olmadığı üçün problemləri özləri həll edirlər. Ölkədəki yeni inşa olunmuş binaların sayı təxminən 2600-2700 arasındadır və bu binalarda bütün xərclər mülkiyyətçilərin üzərinə düşür”.


Ekspertin sözlərinə görə, çoxmənzilli binaların idarə olunması ilə bağlı qanun köhnə binalara birbaşa tətbiq olunmur, çünki onlar dövlətin balansındadır.
Yeni inşa olunmuş binalarda isə qanun birbaşa tətbiq edilir:
“Qanunvericiliyə görə, çoxmənzilli bina istismara qəbul edildikdən, yəni çıxarış təmin olunduqdan sonra tikinti şirkətinin funksiyası başa çatır. Bundan sonra sakinlər birləşərək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmalıdırlar.  
Təəssüf ki, ölkədə binaların cəmi 7-8 faizində belə cəmiyyətlər yaradılıb. Qalan binaların əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun idarə olunmur. Tikinti şirkətləri binaları təhvil versələr də, idarəetməni öz əllərində saxlayırlar. Onların əsas məqsədi gəlir əldə etmək olduğundan, əlavə xərc çəkməkdə maraqlı olmurlar. Hər hansı qüsur yarandıqda və ya cari təmirə ehtiyac olduqda, bunun üçün vəsait sakinlərdən toplanır. Bina mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunmursa, qanun pozuntularına rast gəlinməsi ehtimalı çox yüksəkdir”.
E.Azadov vurğulayır ki, burada qanunun tələbləri yerinə yetirilmir.
“Nəticədə bundan ən çox zərər çəkənlər sakinlər və mülkiyyətçilər olur. Lift problemi bu məsələlərin yalnız bir hissəsidir. Uzun illər ərzində sakinlərdən müxtəlif məqsədlərlə vəsait toplanır, lakin bunun müqabilində çox az iş görülür”, - deyə o, əlavə edib.
Xədicə Paşayeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri