Icma.az
close
up
RU
Crescent Mall və 28 Mall da oğurluq: Brend mağazaları hədəfə aldı

Crescent Mall və 28 Mall da oğurluq: Brend mağazaları hədəfə aldı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərində yerləşən iri ticarət mərkəzlərində fəaliyyət göstərən məşhur geyim mağazalarından silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs mağaza personalının və təhlükəsizlik əməkdaşlarının diqqətindən yayınaraq "Massimo Dutti” və "Oysho” mağazalarından müxtəlif geyim əşyalarını oğurlayıb. O, oğurladığı malların üzərindəki mühafizə qurğularını xüsusi dəmir alətlə sökərək əşyaları mağazadan çıxarıb.

Məlum olub ki, oğurluq hadisələri Bakı şəhərində yerləşən "Crescent Mall” və "28 Mall” ticarət mərkəzlərində baş verib. Təqsirləndirilən şəxs müxtəlif günlərdə mağazalardan kişi və qadın geyimləri, o cümlədən köynəklər, şalvarlar, ətəklər və digər geyim əşyalarını ələ keçirib.

İttihama əsasən, bir neçə epizod üzrə törədilən oğurluqlar nəticəsində mağazalara yüzlərlə manat məbləğində maddi ziyan vurulub. Son epizodda isə o, mağazadan əl çantası oğurlamağa cəhd edərkən təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs daha əvvəl də eyni üsulla müxtəlif geyim əşyalarını oğurlayaraq satıb. O, əldə etdiyi əşyaların bir hissəsini nağd pul müqabilində tanışlarına satdığını etiraf edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittihamla qismən razılaşaraq, maddi çətinlik səbəbindən bu addımı atdığını bildirib. O, mağazalardan götürdüyü əşyaların bir hissəsini satdığını, digər hissəsini isə kimə verdiyini xatırlamadığını qeyd edib.

Lakin məhkəmə toplanmış sübutları qiymətləndirərək onun təkrar oğurluq cinayəti törətdiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun saxlanıldığı 2 gün 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanıb və nəticədə üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri