Crocus City Hall u bir də nə zaman açacaqlar?
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Terror hücumuna məruz qalmış "Crocus City Hall" təmirdən sonra 2026-cı ilin baharında açıla bilər.
Oxu.Az "SHOT" "Telegram" kanalına istinadla xəbər verir ki, indi orada sərgi pavilyonları yerləşdirmək niyyətindədirlər.
Bildirilir ki, hazırda inşaatçılar binanın fasadının bərpası üzrə təmir işlərini başa çatdırırlar, habelə dam örtüyünün bərpası üzrə işlər aparılır.
Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da terror aktı baş verib. Silahlı cinayətkarlar konsert zalının qonaqlarına avtomat silahlardan atəş açıb və binanı yandırıblar. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər ölüb, bir nəfər itkin düşmüş hesab olunur, yaralananların ümumi sayı isə 609 nəfərə çatıb. Dəyən maddi ziyan, təxminən, altı milyard rubl olaraq qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















