ÇSKA nın sabiq futbolçusu: Neftçi ilə oyuna yollanmaq əvəzinə atamın dəfninə uçdum
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ÇSKA-nn sabiq futbolçusu Yevgeni Aldonin 2004/2005 mövsümündəki avrokubokları xatırlayaraq, Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi”yə (0:0, 2:0) qarşı keçirdikləri oyunlara da toxunub.
Sportal.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, veteran futbolçu “Neftçi” ilə görüş ərəfəsində atasının vəfatı barədə danışıb:
"Biz təsnifat mərhələsində “Neftçi” və “Reyncers”i geridə qoymalı idik. Həmin vaxtı avrokubok yolumuz mənim şəxsi faciəmlə üst-üstə düşdü. Atam Bakıdakı oyunumuzdan bir gün əvvəl qəzada həyatını itirdi. “Neftçi” ilə oyuna yollanmaq əvəzinə atamın dəfni üçün Krıma uçdum. Bakıdakı matçı buraxdım, amma evdə “Neftçi”yə qarşı görüşdə bir hissə oynadım və azarkeşlərin açdığı “Jenya bərk dayan” yazılı pankartını gördüm. Vəziyyət çox ağır olsa da, bunu görmək xoş idi. Beləliklə, işləməklə, oyunları uğurlu oynamaqla, Çempionlar Liqasına düşmək arzusunu reallaşdırdıq. “Neftçi” və “Reyncers”i böyük ölçüdə Vaqner Lavın qolları sayəsində keçdik".
Aldonin 2004-2013-cü illərdə ÇSKA-nın formasını geyinib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















