Cud Bellingem Lukaş Podolskinin rekordunu yeniləyib
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem dörd böyük beynəlxalq turnirdə oynayan ən gənc oyunçu olmaqla Avropa futbol tarixini yenidən yazıb.
İdman.Biz bildirir ki, ingilis yarımmüdafiəçi bu unikal rekordu 2026-cı il dünya çempionatında Xorvatiyaya qarşı qrup mərhələsi matçında yeniləyib.
“22 yaş 353 günlük Cud Bellingem tarixdə dörd fərqli böyük beynəlxalq turnirdə oynayan ən gənc avropalı oyunçudur”, - Opta Sports xəbər verir.
Bu rekord əvvəllər 23 yaş 4 günlük yaşında dördüncü beynəlxalq turnirində oynayan Almaniya millisinin keçmiş hücumçusu Lukaş Podolskiyə məxsus idi. Artıq iki Avropa çempionatında və iki dünya çempionatında oynamış Bellingem bu göstəricini keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 18 İyun 2026 03:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















