Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt Cüdo Təlim Mərkəzində region məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçirilir.
ACF-dən "Cebheinfo.az" a verilən məlumata görə, proqramın əsas məqsədi məşqçilərin nəzəri və praktiki biliklərini yeniləmək, müasir məşq metodları, yarış qaydaları və idmançı hazırlığının müxtəlif istiqamətləri üzrə peşəkar bacarıqlarını təkmilləşdirməkdir.
Təlimlər çərçivəsində kumikata, osaekomi, şime-vaza, taçi-vazadan ne-vazaya keçidlər, tatami üzərində xüsusi fiziki hazırlıq və rəqibə qarşı taktikanın qurulması kimi texniki-praktiki mövzular əhatə olunur. Bununla yanaşı, məşqçilər yeni hakimlik qaydaları, "Judo Manager" sistemi və fiziki hazırlıq üzrə biliklərini də artırırlar.
Proqram yalnız tatami üzərində hazırlıqla məhdudlaşmır. İştirakçılar üçün yeniyetmələrlə düzgün psixoloji yanaşma, sosial şəbəkələrin idarə olunması və media ilə ünsiyyət mövzularında da təlimlər nəzərdə tutulub.
Altı günlük proqramın sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndiriləcək, kursu uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim olunacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 04 Noyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















