Cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi Slovakiyaya yola düşüb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 sentyabr, AZƏRTAC
Cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.
AZƏRTAC xəbər verir ki, yığmanı səfərə aparan təyyarə saat 06:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Ölkəmiz ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
07 Noyabr 2024 18:22
Azərbaycan cüdo millisi Avropa çempionatında üçüncü yeri tutub AZƏRTAC
17 Noyabr 2024 00:35
Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək
21 Noyabr 2024 11:54
Cüdo üzrə Azərbaycan çempionatında komanda yarışları keçirildi
02 Dekabr 2024 00:35
Baxış sayı:42
Bu xəbər 03 Sentyabr 2025 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















