Icma.az
close
up
RU
Culfa rayonunda mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb FOTO

Culfa rayonunda mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb FOTO

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 28 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda xəbərdarlıq-toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon fövqəladə hallar üzrə komissiyasının, mülki müdafiə qərargahı ərazi və obyekt mülki müdafiə dəstələrinin, idarə, müəssisə və təşkilatların cəlb olunduğu məşqin keçirilməsində məqsəd fövqəladə hallara operativ reaksiyavermə hazırlıq səviyyəsinin yoxlanılması olub.

Plana əsasən, rayonda “şərti” zəlzələ baş verib. Bu səbəbdən rayon ərazisində “şərti” dağıntılar olub, hadisə nəticəsində “ölən” və “xəsarət” alanlar var. Bu məqsədlə hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri fövqəladə hal barədə xəbərdar edilib, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılıb, toplanma məntəqəsinə yürüş edilib. Əvvəlcə əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yol bərpa olunub, ilkin baxış və kəşfiyyat aparılıb. Mülki müdafiə kəşfiyyatı aparılıb, hüquq-mühafizə orqanları tərəfindən ərazinin mühafizəsi təşkil edilib. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısını alınıb. Sonra fövqəladə hal zamanı yaranan yanğınlar söndürülüb və xəsarət alan insanlar təxliyyə olunub.

“Şərti” zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşlar xilas edilərək, tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və səhiyyə ocaqlarına çatdırılması təmin olunub. Ərazidəki qəzalı elektrik, qaz və su xətlərində təmir-bərpa işləri aparılıb, qəza-bərpa dəstələrinin fəaliyyəti yoxlanılıb və epidemiya əleyhinə tədbirlər görülüb.

Mülki müdafiə məşqinə 250-dən artıq şəxsi heyət və 54-dən çox texnika cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri