Culfanın Ləkətağ yaylağında əhaliyə tibbi xidmət göstərilib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonunun ərazisində yerləşən Ləkətağ yaylağında əhaliyə tibbi xidmət göstərilib.
Nazirliyin mətbuat xidmətindən “Xalq qəzeti”nə bildirilib ki, tədbir çərçivəsində müxtəlif sahələr üzrə geniş müayinələr aparılıb, sakinlərin sağlamlıq vəziyyəti dəqiqliklə qiymətləndirilib. Həmçinin zəruri dərman vasitələri ilə təmin edilərək əhalinin sağlamlıq problemlərinin vaxtında həllinə dəstək göstərilib.
Tibbi xidmətlərlə yanaşı, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara sağlam həyat tərzi və xəstəliklərin profilaktikası barədə geniş məlumat verilib.
Nazirlik tərəfindən bu kimi aksiyaların əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və sağlamlıq səviyyəsini yüksəltmək məqsədilə davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.
Səbuhi HƏSƏNOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 12 Avqust 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















