Cütlüyün romantik turu kabusa çevrilib
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Romantik tura çıxan yaşlı cütlük həyatlarının ən qorxulu səyahətini ediblər. Onlar təyyarədə ölən bir xanımla yan-yana oturaraq saatlarla uçmağa məcbur qalıblar.
Reyting.az xəbər verir ki, Venesiyaya romantik tətilə gedən avstraliyalı cütlük Mitçel Rinq və Cennifer Kolin yanlarına qoyulan cəsədlə saatlarla vaxt keçiriblər.
Təyyarədə həyatını itirən qadını yanındakı oturacaqda əyləşdirən məmurlar cütlüyə qorxulu anlar yaşadıblar.
Qeyd edilir ki, təyyarədə tualetə getdikdən sonra yıxılan sərnişini bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb. Daha sonra həmin şəxs ədyala sarılaraq yaşlı cütlüyün yanında oturdulub. Etirazlarına baxmayaraq, ölən şəxslə uzun yola getməli olan cütlük həmin anların görüntülərini də lentə alıb.
Cütlük bildirib ki, məmurlar iri qadın olduğu üçün onu dəhlizdən keçirə bilməyiblər və boş oturacaqda əyləşdirməli olublar. Ölən qadın cənab Rinqin yanındakı oturacaqda yerləşdirilib və Dohaya uçuş dörd saat davam edib.
Cütlüyün Venesiya turu dəhşətli olduğu üçün onlar aviaşirkətdən şikayət ediblər.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Məşhur cütlüyün romantik tətili
17 İyul 2026 10:38
Məşhur cütlüyün 4 milyon dollarlıq malikanəsi xarabalığa çevrilib
17 Aprel 2025 19:25
Qoca cütlüyün Norveç arzusu kabusa çevrildi
29 Noyabr 2024 10:28
DÇ 2026 nın finalında məşhur cütlüyün romantik anları FOTO
20 İyul 2026 15:35
Məşhur cütlüyün övladı oldu
03 Sentyabr 2025 21:34
Baxış sayı:132
Bu xəbər 25 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















