Icma.az
close
up
RU
D 8 ölkələri Bakıda vahid media ittifaqı qurur ŞƏRH

D 8 ölkələri Bakıda vahid media ittifaqı qurur ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məqsəd media sahəsində əməkdaşlığı inkişaf etdirmək, dezinformasiya və saxta xəbərlərlə mübarizəni gücləndirməkdir

 Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilib. Mərasimdə Azərbaycan, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Türkiyədən olan media nümayəndələri, diplomatlar və digər şəxslər iştirak ediblər. D-8 Media Forumu üzv dövlətlər arasında daha sıx əlaqələr qurmaq üçün müxtəlif regional və qlobal məsələlərə dair baxışların bölüşülməsi və ortaq D-8 kimliyini gücləndirən uğur hekayələrinin önə çıxarılması üçün bir platforma yaratmağı hədəfləyir. Forum həmçinin jurnalistləri və media rəhbərlərini bir araya gətirərək birgə layihələrə başlamaq, təcrübə mübadiləsi aparmaq və transsərhəd əməkdaşlığı genişləndirmək niyyətindədir. Forum yüksək dəqiqlik və etik standartlara sadiqliyini qoruyacaq, medianı sosial həmrəyliyə, təhlükəsizliyə və iqtisadi inkişafa töhfə verən əsas vasitə kimi mövqeləndirəcək. İştirakçılar dezinformasiya ilə mübarizə üçün fakt-yoxlama tərəfdaşlıqları, media savadlılığı və xüsusilə rəqəmsal sahədə ən yaxşı təcrübələr üzrə kollektiv bilik mübadiləsi vasitəsilə koordinasiya olunmuş strategiyalar hazırlayacaqlar. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib ki, Forumun məqsədi D-8-ə üzv dövlətlərin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, media təhlükəsizliyinin beynəlxalq və regional səviyyədə inkişafına dəstək göstərilməsi, dezinformasiya ilə mübarizə və rəqəmsal mühitdə qarşılıqlı əməkdaşlıq platformalarının yaradılmasıdır. O bildirib ki, D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması fonunda strateji plan müzakirə olunur: “Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və təşkilatın Baş katibinin ölkəmizə səfəri zamanı verdiyi tövsiyə əsasında başlanıb. Hazırda Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim edilib. Günün sonuna qədər ekspertlər mərkəzin gələcək fəaliyyət istiqamətləri üzrə işlərini davam etdirəcəklər”.

Əhməd İsmayılovun sözlərinə görə, müzakirələr göstərir ki, üzv dövlətlər belə bir media forumunun keçirilməsini yüksək qiymətləndirir və onun illik əsasda təşkil olunmasını dəstəkləyən müvafiq bəyanatlarla çıxış edirlər: “Media Mükəmməllik Mərkəzinin yaradılmasında əsas məqsəd D-8 ölkələri arasında media sahəsində əməkdaşlığın inkişafı, dezinformasiya və saxta xəbərlərlə mübarizənin gücləndirilməsi, media kadrlarının peşəkar hazırlığının yaxşılaşdırılması və birgə layihələrin həyata keçirilməsidir”.

Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı hazırda doqquz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Azərbaycan D-8-in 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən XI Sammitində təşkilatın üzvü seçilib. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, və Nigeriya təmsil olunur.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Sherg.az-a deyib ki, Bakıda keçirilən D-8 Media Forumu qlobal informasiya mühitində formalaşan yeni çağırışlar üzrə birgə mövqenin müəyyən edilməsi baxımından mühüm hadisədir. Ekspert vurğulayıb ki, Forum D-8 məkanında media sahəsinin institusional inkişafına, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və üzv ölkələrin informasiya təhlükəsizliyinə yönələn strateji təşəbbüsləri gündəmə gətirir:

"Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış müraciətində vurğulandığı kimi, bu gün media yalnız informasiya ötürücüsü deyil, dövlətlərin nüfuzunun, ictimai etimadın və beynəlxalq arenada mövqeyin formalaşmasında mühüm təsir gücünə malik olan bir alətdir. Bu səbəbdən D-8 daxilində ümumi yayım assosiasiyasının yaradılması, jurnalistika məktəblərinin açılması, təqaüd proqramlarının təsis edilməsi kimi təkliflərin verilməsi medianın peşəkarlıq səviyyəsini yüksəltmək, vahid standartlar formalaşdırmaq və üzv ölkələrin informasiya siyasətini koordinasiya etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, rəqəmsal media ekosisteminin sürətlə inkişaf etdiyi indiki dövrdə dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin qorunması və yeni texnologiyaların etik istifadəsi üzv ölkələrin qarşısında duran ümumi çağırışlar mövcuddur. Forumda Pakistan, İran, Türkiyə və digər üzv dövlətlərin yüksəkvəzifəli nümayəndələrinin çıxışları göstərdi ki, D-8 ölkələri informasiya sahəsində əməkdaşlığı genişləndirməyə, media peşəkarları arasında mütəmadi dialoq yaratmağa və vahid platformalar qurmağa xüsusi önəm verirlər. Bu əməkdaşlıq yalnız təcrübə mübadiləsini deyil, həm də üzv dövlətlərin qlobal informasiya siyasətində daha güclü və koordinasiyalı mövqeyə sahib olmasını təmin etməyi hədəfləyir".

M.Ələsgərliyə görə, bütün bunlarla yanaşı, D-8 Media Forumu bizim üçün həm də məhz Bakıda keçirilməsi ilə əhəmiyyət daşıyır:

"Azərbaycanın D-8 təşkilatına üzv olmasından sonra fəallığı, təşəbbüskarlığı və regional proseslərə verdiyi töhfə geniş şəkildə qəbul olunur. Bakı bu gün həm siyasi, həm iqtisadi, həm də informasiya mühitində dinamik inkişaf edən beynəlxalq mərkəzə çevrilib. Burada keçirilən beynəlxalq tədbirlər ölkəmizin kommunikasiya sahəsində artan rolunu nümayiş etdirir. Forum iştirakçılarının öz çıxışlarında Bakını “inkişafın və modernləşmənin simvolu” kimi təsvir etmələri Azərbaycanın həm media sahəsində, həm də qlobalproseslərdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri