D vitamini analizini nə vaxt verməliyik?
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“D" vitamini kalsiumun həm qana sorulmasında, həm də sümüyə keçməsində mühüm rol oynayır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, "D" vitamini sümük sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sümüyün əsas struktur komponentlərindən biri olan kalsiumun orqanizm tərəfindən mənimsənilməsində "D" vitamininin xüsusi rolu var.
“D" vitamini kalsiumun həzm sistemindən qana sorulmasında iştirak edir. Eyni zamanda, kalsiumun qandan sümüyə keçməsində də D vitamininin rolu böyükdür”, - deyə İ.Şıxbabayev vurğulayıb.
Travmatoloq qeyd edib ki, "D" vitamini və kalsiumla bağlı analizlərin mütəmadi və səbəbsiz şəkildə təkrarlanmasına ehtiyac yoxdur. Belə müayinələrin həkim nəzarəti və müəyyən şübhə olduqda aparılması daha məqsədəuyğundur.
Onun sözlərinə görə, xüsusilə uşaqlarda "D" vitamini çatışmazlığından şübhələnməyə əsas verən əlamətlər olduqda müvafiq analizlərə müraciət edilə bilər. Payız-qış aylarından sonra da həkim tövsiyəsi ilə "D" vitamini və qanda kalsium səviyyəsinin yoxlanılması mümkündür.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















