Icma.az
close
up
RU
Da Vinçinin texnikası ilə səssiz dron yaradılır

Da Vinçinin texnikası ilə səssiz dron yaradılır

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir texnologiya hər nə qədər inkişaf edib, cansızları “ağıllı” etməsinə baxmayaraq yenə də natamam qalan, alim və texnoloqların hələ aça bilmədiyi bəzi “kilid”lər var. Amma maraqlıdır ki, bu modern, yüksək inkişaf etmiş beyinlər 500 il qabaq yaşamış Leonardo da Vinçinin təxəyyül məhsuluna ehtiyac duyublar.

Müasir dronların çıxardığı vızıltı səsləri, xüsusilə havadan çəkiliş, fövqəladə hallara reaksiya və hərbi əməliyyatlar kimi ümumi istifadə sahələrində səs-küyü qulaqbatırıcı olur. Ancaq İntibah dövrünün dahisi Leonardo da Vinçinin təxəyyülünə əsaslanarsa bu problem həll edilə bilər.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, Cons Hopkins Universitetinin apardığı yeni araşdırmaya görə, Leonardonun XV əsrdə dizayn etdiyi “hava vinti” adlanan vertolyot prototipi daha səssiz və effektiv pilotsuz təyyarə dizaynlarına ilham verə bilər.

Təkcə rəssamlıq və memarlıq deyil, mühəndislikdə inqilab etmiş Leonardo da Vinçi, nəinki uçuş texnologiyasının hələ inkişaf etmədiyi, heç elektrikin kəşf olumadığı bir dövrdə şaquli olaraq havaya qalxa bilən bir aparat dizayn etmişdi. Bu dizayn tək bir spiral pərdən ibarət idi və havaya qaldırıcı funksiyası daşıyırdı.

Tədqiqatı aparan mexanik-mühəndis, professor Rajat Mittal, “Leonardonun uzaqgörən kəşfi müasir hesablama metodları ilə birləşdirildikdə, gələcəyin səssiz pilotsuz aparatını yaratmağa imkan verir” deyib.

Elm adamları Leonardonun hava vintinin modernləşdirilmiş versiyasını rəqəmsal mühitdə təqlid ediblər. Onlar bu dizaynı eyni qaldırma gücünə malik ənənəvi iki pərli dronlarla müqayisə ediblər. Nəticələr təəccübləndirib: Leonardonun spiral dizaynı eyni qaldırma gücündə daha az səs-küy yaradır. Tək parçalı spiral quruluş hava axını ilə pər arasındakı qarşılıqlı əlaqəni azaldır ki, bu da qarşılıqlı kəsmə əlaqəsi adlanan əsas səs-küy mənbəyini aradan qaldırır.

Bundan əlavə, bu dizayn yalnız daha səssiz deyil, həm də daha az enerji istehlakı ilə işləyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 İyun 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri