Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 20-də Bakının Yasamal rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, buna səbəb Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləridir.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev və Zərgərpalan küçələrində, həmçinin Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Bildirilib ki, təmir işləri abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 20 Oktyabr 2026 07:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















