Icma.az
close
up
RU
Dabaq xəstəliyinə görə bu məhsullara tələbat ARTDI Qiymətlər YÜKSƏLƏCƏK

Dabaq xəstəliyinə görə bu məhsullara tələbat ARTDI Qiymətlər YÜKSƏLƏCƏK

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizdə iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi insanlar arasında heyvan ətinə olan marağı azaldıb. Əvəzində toyuq məhsullarına tələbat kəskin artıb.
Yaranan ajiotaj həm yumurtanın, həm də toyuq ətinin qiymətinə də təsir göstərib.
Məsələ ilə bağlı Bizim.Media-ya  danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib ki, dabaq xəstəliyi ilə bağlı yaranan ajiotaj toyuq məhsullarına tələbatı kəskin artırıb:
 

“Əminliklə deyə bilərəm ki, toyuq əti istehsalında heç bir problem yoxdur. Normal istehsal var və tələbat lazımınca qarşılanır. Nəzərinizə çatdırım ki, ötən aylara nisbətən bu ay istehsalı daha da artırmışıq ki, hər hansı bir problem yaşanmasın.


Yumurta ilə bağlı onu deyə bilərəm ki, ötən ilin müvafiq dövründə gündəlik tələbat 3,6 milyon ədəd idisə, hazırda bu rəqəm 4, 8 milyon ədəddir. Yəni yumurta istehlakı kəskin artıb.
Bunun bir səbəbi soyuq aylarda kənd yumurtasının azalmasıdırsa, digər səbəb heyvan əti ala bilmədiklərinə görə insanlar proteinə olan tələbatı yumurta ilə ödəməyə üstünlük verirlər.
 

Düşünürəm ki, vəziyyət zamanla normaya düşəcək. Yumurtanın qiyməti ötən ilin müvafiq dövrü ilə eynidir. 1-2 qəpik oynama ehtimalı ola bilər. Bu da artan tələbatın yaratdığı reallıqdır.


Yəni yumurtanın qiymətində artım gözlənilir.
Bunu diqtə edən digər səbəb qonşu dövlətlərdə yumurtanın qiymətinin çox baha olmasıdır.
Məsələn, yumurtanın bir ədədi Türiyədə 25, Gürcüstanda 24, Rusiyada 26, Avropada 38 qəpik, ABŞ-da 1 manata olmasına rəğmən bizdə 16 qəpikdir. Bütün bunlara rəğmən yumurtanın qiymətində kəskin artım gözlənilmir. Bunun üçün biz hətta yumurta ixracının müvəqqəti olaraq tam dayandırmışıq ki, daxili tələbatı tam ödəyək”.

Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see219

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see169

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see133

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see130

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see128

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see123

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see123

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri