Icma.az
close
up
RU
“Dadlı” ölüm…Piylənmə, xərçəng və əqli gerilik yaradır

“Dadlı” ölüm…Piylənmə, xərçəng və əqli gerilik yaradır

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sadə görünən çipslərin arxasında böyük təhlükə yatır


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Bu barədə AQTA məlumat yayıb. 

Bildirilir ki, sınaq nəticəsində "Rekord-2022" MMC-yə məxsus 1 nümunədə ("Rekord" əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və "Qəbələ Konserv Zavodu" MMC-yə məxsus 2 nümunədə ("Chipsim Kabab" əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, "Chipsim Tomat" əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması və yığışdırılmasına dair müvafiq qərar qəbul olunub. “Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində "E621" və ya "monosodium glutamate" kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosis, hazır şorbalar, fastfud, çips və konservlərdə geniş istifadə olunur. Həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər”.


Söhbət 3 nəfərdən ikisinin əlində tutub xırçıltı ilə yediyi çipslərdən gedir. Təəccüblü olan və təəssüf doğuransa budur ki, AQTA da, həkimlər, qida mütəxəssisləri də bu süni qidaların məhz uşaqlar üçün ən böyük təhlükə yaratdığını desələr, elmi təhlillərlə sübut etsələr də, çipsləri ən çox məhz uşaqların, məktəbli və tələbələrin əlində, ovcunda görürük. Deməli, gələcək təhdid altındadır.  


Qida eksperti, Qida Təhlükəsizliyi Hərəkatı Qida Məhsulları Texnologiyaları Departamentinin rəhbəri Ağa Salamov Sherg.az-a açıqlamasında uşaqların qida seçiminin necə formalaşmasından və valideyn məsuliyyətindən danışdı: 


- Çipslərin uşaqlara zərəri təkcə monosodium qlütamatla məhdudlaşmır. Bu qatqı maddəsi orqanizmdə “umami” hissi yaradır. Bu nədir? Təbiətdə 4 dad – şirin, duzlu, acı, turş – varsa, bu, 5-ci daddır. Təbiətdə bu dad məsələn, pomidorun tərkibində var. Pomidor yeyəndə ağız sulanır, xüsusi bir həzz hissi yaranır. Pomidor, əgər təbiidirsə, bu hiss ziyanlı olmayacaq. Amma adına "Çin duzu" deyilən (çünki çin restoranlarında daha çox istifadə olunur) əslində, monosodium qlutamat (MSG, E621) adlı qida əlavəsi normadan artıq olduqda ziyan verir. Bu ağ toz halında olan kimyəvi maddə yeməklərə əlavə dad, "ətli" dad verir və xüsusən Asiya mətbəxində, eləcə də bir çox hazır qidalarda istifadə edilir. AQTA-nın apardığı monitorinq təqdirəlayiqdir. AQTA bu gün həqiqətən də iş başındadır və sağ olsunlar ki, məhsulların tərkibindəki zərərli maddələri aşkarlayıblar və həmin məhsulları geri çağırış ediblər, satışdan çıxarıblar. 

Mütəxəssis qeyd etdi ki, “küçə mətbəxi” adlanan, ayaqüstü qidalar olan burger, chicken burger, “tombik” burger, dönər, tantuni və sairlər vaxtilə işbazlar tərəfindən asan qazanc mənbəyi və xalqların milli mətbəxinin, məntiqi olaraq da milli düşüncəsinin aradan qaldırılmasına yönəlik siyasətin aləti olaraq düşünülüb və bütün dünyaya yayılıb. Bəzi ölkələr bunun qarşısını almağa səy göstərir, milli mətbəxlərini təbliğ edir, əhalini zərərli qidalardan qorumağa çalışırlar. “MsDonalds”, “KFC” qidalarının nəhəng təbliğatı aparılır, hətta cizgi filmlərində də bunlar təbliğ edilir, onları izləyən uşaqlar da ata-analarından bunu tələb etməyə başlayır. Ona görə də uşaqların nə izlədiyinə də valideynlər diqqət etməlidir: 

- Süni qidaların istehsalında istifadə edilən, tərkibinə qatılan xüsusi maddələr var ki, insanlarda asılılıq yaradır. Bu qidaları qəbul etdikcə orqanizm də ona vərdiş edir və beləcə “tələbat” yaranır. Bunu qidalanma sahəsi üzrə mütəxəssislər təsdiq edir. Çipslər trans yağ və natrium baxımından orqanizm üçün ən zərərli qidadır. Çipsinin 100 qramında 30 qram yağ, 500 kilokalori var. Yəni əlavə bir qutu çips bədənimizə çoxlu kalori əlavə edəcək. Çipslərin ziyanı təkcə monosodium qlütamatla bağlı deyil. Eyni zamanda akrilamid maddəsidir ki, kanserogen tərkiblidir. Bu da çipslərin istehsalı zamanı karbohidratların həddindən artıq qızardılması zamanı əmələ gəlir, nəticədə xərçəng hüceyrələrinin yaranması baş verir. Çipslər həm orqanizmə zərərdir, həm də uşaqların yaddaşında mənfi iz buraxır. Çipslər qəlyanaltı hesab edilə bilməz və hər gün yeyilməməlidir. Uzaqbaşı ay ərzində 2 dəfə, hər dəfə də ancaq 30 qram yeyilə bilər.   


Həkim-fitoterapevt Füzuli Hüseynov isə Sherg.az-a açıqlamasında qeyd etdi ki, günah valideynlərdədir. Övladını məktəbə göndərən ana, ata, uşağın cibinə pul qoyur, deyir, nə istəsən, alıb yeyərsən. Uşaq nəyi görür? Çipsləri, abur-çubur deyilən hazır, süni qidaları. Uşaqları belə bədbəxt edirik: 


- Çipslər niyə ziyanlıdır, çünki onların, eləcə də digər sintetik atışdırmalıqlar - keklər, pan-keklər, “çubuq”lar və sair, bunlar paketlənmiş qidalardır. Onlar hamısı sənaye üsulu ilə hazırlanır, tərkibinə cürbəcür kimyəvi qatqılar əlavə edilir, hazırlanmasında trans yağlardan istifadə olunur. Trans yağlar nə deməkdir? Trans yağlar, əsasən neft məhsullarından alınır, şirniyyatlar, tortlar, çipslər bu yağla bişdikdə daha çəkici dada malik olur, görünür, qiyməti də ucuz başa gəlir. Nəzərinizə çatdırım ki, Avropada artıq bu yağların istifadəsi qadağan olunub.  Bu yağlar insan orqanizmində tam parçalanmır, damarların mənfəzini tutub qanın normal hərəkətinin qarşısını alır, bu yağlardan daimi istifadə edənlərdə başağrısı, halsızlıq, ürəkbulanma baş verir və ən əsası uşaqların yaşıdlarından əqli cəhətdən geri qalmasına səbəb olur. Trans yağlar damar divarına hopub üst-üstə toplanır, sonda belə insanlar infarkt, insult, ateroskleroz kimi xəstəliklərə daha tez tutulurlar. Belə yağlar həm də bağırsaq xovlarının arasında ilişib qalır, bağırsağın filtr qabiliyyətini pozur və beləliklə də, immunsistemini məhv edir. Üstəlik, çipsləri süni surətdə dadlandırmaq üçün qlütamatlardan istifadə olunur. Bu maddələr isə asılılıq törədir, ağız dadını dəyişir və başqa yeməklər belə insanlara dadsız gəlir artıq, yəni uşaq evdə ananın bişirdiyi heç bir yeməyi sevmir, imtina edir. Hazır qidalara meyl edir, onlardan istəyir.  Həkim qeyd etdi ki, çipsinin tərkibi ilk baxışda sadə görünür. Deyirsən burada zərərli nə var, kartof, bitki yağı, duz… Amma “sadə” görünənin əsasında insan orqanizmi üçün real təhlükə dayanır: 

- Çipsidə istifadə olunan kartof  yüksək glikemik indeksə malikdir, bu da qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, yüksək dərəcədə qızdırıldıqda yağların tərkibində akrilamid adlı karsinojen bir maddə əmələ gəlir. Bu da xərçəng riskini artıra biləcək bir kimyəvi maddədir. Çipsi yüksək kalorili, lakin aşağı qida dəyərinə malik bir qidadır. Bu, həddindən artıq istehlak edildiyi zaman piylənmənin artmasına səbəb olur.  Piylənmə bir çox digər sağlamlıq problemlərinə yol açır, o cümlədən ürək xəstəlikləri, 2-ci tip diabet və bəzi növ xərçəng xəstəlikləri.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 03:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri