Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Dağıdıcı qüvvələr bu gün də futbolun bütün sahələrində qalmaqdadır” (MÜSAHİBƏ)

“Dağıdıcı qüvvələr bu gün də futbolun bütün sahələrində qalmaqdadır” (MÜSAHİBƏ)

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA-nın illik Hesabat-Seçki konfransından sonra sıx müzakirələr davam edir. Ölkə futboluna rəhbərlik edənlərin belə müəyyən istiqamətlər üzrə tənqidi yanaşmaları maraqla qarşılanıb. “Niyə? Necə?” kimi məsul suallara cavab tapmaq lazımdır.

Konfransdan sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub, müəyyən qərarlar qəbul edilib. Onlar arasında xüsusi bir qeydə toxunaq: “Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun müraciətinə baxıb. Futbolun İnkişafı Strategiyasına uyğun olaraq müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılıb”.

Yeni rəhbərliyin geridə qalan 1 ili, konfransın gündəliyi, İK-da qəbul olunan qərarlar və s. məqamlar barədə Süleymanovla müsahibə etmək maraqlı olardı.

“Bir il ərzində futbol idarəçiliyi təcrübəsizliyi açıq sezilirdi”

– Konfransında iştirak etdiniz. Əvvəlcə ümumi fikirlərinizi bilmək istərdik.
– Konfransı yeni AFFA rəhbərliyinin illik hesabatı kimi qəbul etmək olar. Çıxışlarda da bəlli oldu ki, Azərbaycan futboluna yeni gələnlər mövcud durumun daha acınacaqlı olduğunu dərk etməyə başlayıblar və bunu gizlətməyə çalışmırlar. Bir ildə vəziyyətə uyğun daha çox işlərin görülə biləcəyi dolayı yolla vurğulandı və illərdi medianın, azarkeşlərin, az sayda mütəxəssislərin çəkinmədən bildirdikləri fikirlər konfrans tribunasından birbaşa təsdiq edildi. Bir il ərzində futbol idarəçiliyi təcrübəsizliyi açıq sezilirdi. Bununla yanaşı, yeni AFFA rəhbərliyi keçmişdən qalan və millinin Millətlər Liqasında D divizionuna yuvarlandıqdan dərhal sonra məğlub psixologiyanı ölkə futboluna aşılamaq vərdişindən uzaq göründükləri çıxışlarda özünü büruzə verirdi. Konfransın gedişi bəhanələr üzərində qurulmadı, Hakimlər Komitəsinin sədri Frank De Blekeri çıxmaq şərtilə, tribunadan problemlər ümumiləşdirilərək açıq qabardıldı.

– Konfransdan sonra keçirilən İcraiyyə Komitəsinin iclasında verilən qərarlarda sizin iddia etdiyiniz fikirlərlə, təkliflərlə bağlı qeyd var. Bu fikirlərə necə gəlmisiniz və düşüncələriniz, perspektivlər nədən ibarətdir?
– Hər zaman vurğulamışam, tənqidlər təhlillər və təkliflər üzərində qurulmalıdır. Dağıdıcılıq anlayışından uzaq, yaradıcılıq üstünlük təşkil etməlidir. Təbii, ideyaların, layihələrin həyata keçirilməsi üçün şəraitin olması, yaradılması, inkişafa təkan verəcək işbirliyinin qurulması vacib faktorlardan biridir, mütləqdir. Strategiyanın hazırlanmasında aktivlik göstərdik, real təkliflərimiz proqramda öz əksini tapdı. Ölkə futbolunda bütün sahələr üzrə problemlər yetərincədir. Bütün işlərə kompleks yanaşılmalı, ardıcıl olaraq bir-birini tamamlamalıdır. Detallara varmaq istəmirəm, yeni təkliflərim olub və bunların operativ dəyərləndirilib İcraiyyə Komitəsində baxılması müsbət məqamdır. İK-qərarına uyğun olaraq yəqin ki, yaxın vaxtlarda AFFA rəhbərliyi ilə görüşlərimiz və daha geniş müzakirələrimiz olacaq.

“Səbəb maliyyə çatışmazlığı deyil, vəsaitin dağıdılması, bu günə qədər peşəkar yanaşmanın olmamasıdır”

– Premyer Liqada komanda sayı 12 olacaq. Ancaq dövlət dəstəyi ilə klublara ayrılan büdcənin buna müvafiq artacağı bilinmir. Ümumiyyətlə, böyük maliyyə tələb edən strategiyanın həyata keçirilməsi imkanları konfransda ortaya çıxan maliyyə azalması fonunda necə görünür?
– Maliyyə hesabatlarında göründüyü kimi, Azərbaycan şərtlərinə uyğun, ölkə futboluna imkan daxilində kifayət qədər vəsait ayrılır. Önəmli olan, vəsaitin səmərəli istifadəsidir. Buraya tək AFFA deyil, klublar qarışıq bütün futbol təsərrüfatı daxil edilməlidir. Sirr deyil, dövlət tərəfindən klublara ayrılan maliyyənin böyük hissəsi, əksər hallarda, səviyyəsiz legionerlərin ölkəyə gətirilməsinə xərclənir. Eynilə, “uşaq futbolu yoxdur” deyilir. Hesabatda göründüyü kimi, ancaq “Elit hayihə”yə 260 minə yaxın, regional liqa daxil, uşaq-gənclər yarışlarının keçirilməsinə milyon yarımdan çox vəsait xərclənib. Buraya oyunları idarə və nəzarət edən hakimlərə, nümayəndələrə ayrılan vəsait, klublarda aşağı yaş qruplarına xərclənən ümumi maliyyə və digər “layihə”lər də əlavə edilsə, çox böyük məbləğlər edir. Bu qədər vəsaitin ayrılması qarşılığında Azərbaycan futbolunda necə futbolçu yetişməyə bilər?! Bütün bunların fonunda, hesabatda göründüyü kimi, təhsil/tədrisə cəmi 150 minə yaxın maliyyə ayrılıb. Səbəb maliyyə çatışmazlığı deyil, vəsaitin dağıdılması, bu günə qədər peşəkar yanaşmanın olmamasıdır. Əksi olmalıdır, konfransda qeyd edildiyi kimi, futbola əlavə sponsorların cəlb ediləcəyi gözlənilir. Artıq klublardanbu proses başlanılıb. Strategiyanın həyata keçirilməsini də nəzərə aldıqda, Azərbaycan futbolunda ümumi vəsaitin artacağı gözləniləndir. Maliyyə dayanaqlığının, səmərəliliyin təmin edilməsi üçün peşəkarlığa və peşəkarlara üstünlüyün verilməsilə, futbol təsərrüfatında işlər kompleks yanaşma ilə yenidən qurulmalı, güclü nəzarət mexanizmi yaradılmalı, Azərbaycan futbolu uğursuz layihələrdən, “bəhanə sevən kadrlar”lardan yaxa qurtarmalıdır.

– Yeni baş katib Cahangir Fərəcullayev qeyd etdi ki, sıfırdan başlamalı olacağıq. Sizcə, buna nə üçün ehtiyac yarandı?
– AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayevlə şəxsi tanışlığım yoxdur, yəqin ki, İcraiyyə Komitəsinin yuxarıda bəhs etdiyimiz qərarı ilə bağlı görüşümüz olacaq. Son 15 ildə AFFA rəhbərliyini təmsil edənlər arasında, yüksək səviyyədən belə cəsarətli və mövcud durumun açıq şəkildə ifadə edilməsi, federasiyanın özünütənqidi, nəinki bəhanələrin gətirilməməsi, diplomatiyadan uzaq, illərdir qaldırılan məsələrin konfrans tribunasından açıq səsləndirilməsi olmamışdı. Təqdirəlayiq yanaşmadır. Hazırkı şəraitin analizi ilə bərabər, Azərbaycan futbolu zəngin ənənələrə sahibdir. Ölkə futbolu zamanında olimpiya, yeniyetmə-gənclər arasında Avropa, dünya çempionları yetişdirib, referilərimiz dünya, olimpiya oyunları, UEFA, qitələrarası kubok finallarını idarə ediblər. Hətta, son 15 ildə dağıdıcı futbol zehniyyəti qarşılığında, yerli mütəxəssislərimiz sayəsində, klublarımız avrokuboklarda tarixi uğurlara imza atıb, vaxtilə xəyal görünən qruplar, pley-offlar yolu qət edilib. Təsəvvür edin, bir qrup insanın Azərbaycan futbolunu ələ alması, illərlə şəxsi məqsədlər üçün istifadə edilməsi, məğlubiyyət sindromunu futbol ictimaiyyətinin beyninə yeridilməsi olmasaydı, yaradılan şəraitə uyğun çox böyük nailiyyətlər qazanıla bilərdi. Təəssüf, dağıdıcı qüvvələr, bu gün də futbolun bütün sahələrində, klublarda qalmaqdadırlar. Futbolun ayağa qalxması naminə, qalib ruha söykənərək, emosiyalara varmadan, əməli addımlarla, azarkeşlərin sabaha inamı qaytarılmalıdır. İllər itirilib, yersiz eksperimentlərdən uzaq, Azərbaycan futbolunun ənənələrinə söykənərək, ölkə futbolunun dirçəlməsi yolunda “sıfırdan başlanılması” yanaşması doğru ifadədir. Bunun üçün, futbol məğlub psixologiyalı düşüncələrdən, yarıtmaz, məqsədli yeridilmiş kadrlardan canını birdəfəlik qurtarmalıdır.

“Bunun üçün Azərbaycan futbolunun ekosistemi tam olaraq təmizlənməlidir!”

– Rövşən Nəcəf ekosistem sözünə çox toxundu. Sanki ehtiyatlı danışırdı. Sizdə necə təəssürat yarandı? Ekosistem riskli danışmamağa hesablanmış ifadədir, yoxsa..?
– AFFA prezidentinin milli komanda ilə bağlı narazılığı, konfransdan sonra İcraiyyə Komitəsində Fernandu Santuşun fəaliyyəti ilə bağlı müzakirələr, yaxın illərdə 3-5-ci yerlər yox, mötəbər finallar iddiası ifadələri, yuxarıda qeyd olunduğu kimi, qısa vaxtda səhvlərin başa düşülməsinə işarə olmaqla bərabər, məğlub təfəkkürdən, bəhanələrin gətirilməsindən uzaqlaşmaq istəyidir. Mediadan, ictimaiyyətdən dəstək istənilməsi, ancaq birlikdə, bu yolun gediləcəyinin mümkün olduğunu vurğulanması, bir ildə mövcud şəraitin göstəricisinin dərk edilməsidir. Qalır səhvlərdən nəticə çıxarmaq, bu düşüncələri, doğru yolu əməldə göstərmək. Bunun üçün Azərbaycan futbolunun ekosistemi tam olaraq təmizlənməlidir!

– Sonda, beynəlxalq dərəcəli hakim kimi, Frank De Blekerin konfransda çıxışını necə dəyərləndirərdiniz? Premyer Liqa və kubok oyunlarında hakim səhvləri narazılıqla qarşılanır.
– Belçikalı mütəxəssisin konfransdakı çıxışı nəinki vaxt olaraq aşırı oldu, manipulyasiya elementləri çoxluq təşkil edirdi. Konfransdan dərhal sonra AFFA İcraiyyə Komitəsində Frank De Blekerdən yenidən hesabatın istənilməsi, artıq bəhanələrin keçmədiyinə işarədir. Bunun qarşılığı olaraq, məcburiyyət qarşısında İK-də hakim səhvlərinin etiraf edilməsi, çempionatın finişinə və kubok oyunlarına daha ciddi yanaşılacağı vədləri, nəzarət mexanizminin gücləndirilməsi deməkdir. Deməli, De Bleker və havadarlarının konfrans “əməliyyatı” çıxışına inanılmayıb. Qarşıdakı turlar və kubok oyunları nəticənin necə olacağını əyani göstərəcək.

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Aprel 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri