Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Dağıdıcı superpartlayış qorxusu: Nə etməli?

Dağıdıcı superpartlayış qorxusu: Nə etməli?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Günəşdə əvvəllər düşünüldüyündən daha tez-tez dağıdıcı superpartlayış yarana bilər. 

“Cebheinfo.az” xəbər verir ki, Maks Plank İnstitutunun alimləri bu qənaətə gəliblər. Onların məlumatına görə, belə hadisələr təxminən 100 ildə bir dəfə baş verə bilər və Yer üçün potensial təhlükə yaradır. 

Məqalə  “Science” jurnalında dərc olunub.

Superpartlayış nədir?

Superpartlayış ulduzun səthində Yer kürəsində qeydə alınan ən güclü Günəş partlayışlarından dəfələrlə güclü, həddindən artıq enerji partlayışıdır. Məsələn, 1859-cu ildə “Carrinqton hadisəsi” kimi tanınan və bütün dünyada teleqraf rabitəsini pozan məşhur geomaqnit qasırğası superpartlayışın gücünün cəmi 1% -I qədər olub.

Alimlər nə tapıblar?

Tədqiqatçılar 57 min G tipli ulduzun fəaliyyətini təhlil ediblər. 

Bunlar Günəşi əhatə edən “sarı cırtdanlar”dır. Alimlər işlədikləri müddətdə 2527 ulduzda 2889 superpartlayış qeydə alıblar ki, bu da onlara belə hadisələrin orta hesabla 100 ildə bir dəfə baş verdiyi qənaətinə gəlməyə imkan verib.

Tədqiqatın aparıcı müəllifi, doktor Valeri Vasiliyev qeyd edib ki, o və həmkarları Günəşəbənzər ulduzların bu qədər tez-tez superpartlayış törətməsindən təəccüblənirlər.

Bununla belə, Günəşdə belə hadisələrin nə qədər tez-tez baş verməsi sualı hələ də açıq qalır.

Superpartlayış niyə təhlükəlidir?

Superpartlayış tez-tez kütlənin atılması ilə müşayiət olunur, bu, Yerin maqnit sahəsi ilə vurulduqda güclü geomaqnit fırtınalarına səbəb olan yüklü hissəciklərin nəhəng axınlarıdır. Belə fırtınaların nəticələri fəlakətli ola bilər:

*Enerji şəbəkələrində və peyk rabitəsində nasazlıqlar;

*Keçirici obyektlərdə yaranan cərəyanlar nəticəsində infrastrukturun pozulması;

*Orbitə çıxan peyklərin və naviqasiya sistemlərinin zədələnməsi.

Məsələn, 1989-cu ildə güclü geomaqnit qasırğası Kanadada genişmiqyaslı elektrik enerjisinin kəsilməsinə səbəb oldu.  

"Karrinqton hadisəsi" ilə müqayisə edilə bilən hadisələr isə son 15 min ildə cəmi doqquz dəfə baş verib, onlardan biri 774-cü ildə olub.

Bundan sonra nə etməli?

Alimlər Günəş aktivliyinin dərindən öyrənilməsinin və superpartlaıyşın proqnozlaşdırılması sistemlərinin işlənib hazırlanmasının zəruriliyini vurğulayıblar. Bu, bəşəriyyətə əvvəlcədən hazırlaşmağa və belə hadisələrin vura biləcəyi zərəri minimuma endirməyə imkan verəcək.

“Karrinqton hadisəsi” nədir?

Xatırladaq ki, “Karrinqton hadisəsi” 1859-cu ilin Günəş fırtınasıdır. Bu, 28 avqust 1859-dan 2 sentyabr 1859-a qədər baş vermiş astronomik hadisədir.

Çilidən yenicə uzaqlaşmış Cənub Xaç gəmisinin heyəti qəribə bir hadisəni heç vaxt unutmayıb. Günorta 13.30 radələrində birdən–birə hər tərəf qırmızı rəngə boyanır. Sanki göydən qirmizi rəngdə dolu yağır. Gəminin heç bir cihazı işləmir, kompas yerində fırlanır. Elə bil onlar qan dənizində üzürdülər, buludlar da qan rəngində idi. 

Həmin vaxt Yer kürəsinin bütün bölgələrində teleqraf sistemlər sıradan çıxmışdı. Göy qübbəsinin üçdən iki hissəsi qırmızı rəngə boyanmışdı. Günlərlə informasiya sistemləri işləmədi. İdarələr və kommunikasiya şəbəkələri şok vəziyyətində idi. Bunu o vaxt heç kim anlaya bilməmişdi, təkcə bir nəfərdən başqa. Bu həvəskar astronom Riçard Karrinqton idi. 

O Redhildə özəl rəsədxanada Günəş ləkələrini öyrənirdi. Bir gün əvvəl o, Günəşdə çox nəhəng bir ləkənin (ölçüləri Yerin ölçülərindən on dəfə böyük) əmələ gəldiyini, bu ləkədən çox nəhəng bir alov buludunun qalxdığını da görmüşdü. Onun belə tezliklə Yerə çatacağını isə bilmirdi. Odur ki, əvvəlcədən o heç kimə bir söz deməmişdı. Ona görə də sonralar bu hadisə “Karrinqton hadisəsi” adlandırıldı. 

İndiyə qədər baş verən Günəş tufanları 1859-cu ildə baş verən tufandan demək olar ki, yüz dəfələrlə zəif hesab edilir.

Xəzər
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri