Icma.az
close
up
RU
Dağıntılardan Zəfər simalı şəhərə ŞƏRH

Dağıntılardan Zəfər simalı şəhərə ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri artıq konkret nəticələri ilə diqqət çəkir. Bu prosesin ən uğurlu nümunələrindən biri də Laçındır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun "Laçın şəhəri günü" kimi təsis edilməsi şəhərin tarixində yeni mərhələnin başlandığını təsdiqləyən mühüm siyasi qərardır. Bu gün Laçın təkcə doğma sakinlərin qayıtdığı məkan deyil, həm də müasir şəhərsalma prinsiplərinin tətbiq olunduğu, sosial rifahın və dayanıqlı inkişafın təmin edildiyi yeni yaşayış modelinin formalaşdığı ünvandır.

Laçının bugünkü inkişafını daha dolğun qiymətləndirmək üçün onun yaxın keçmişinə nəzər salmaq kifayətdir. 1992-ci il mayın 18-də Ermənistanın hərbi təcavüzü nəticəsində rayon işğal edildi, on minlərlə insan doğma yurdundan zorla didərgin salındı. Bu, təkcə ərazi itkisi deyildi; insanların illərlə qurduğu həyat dağıdıldı, ailələr parçalandı, yüzlərlə soydaşımız həyatını itirdi və ya itkin düşdü. İşğal dövründə mədəniyyət, təhsil və səhiyyə obyektləri məqsədli şəkildə məhv edildi, tarixi abidələr təhqir olundu, təbii sərvətlər talan edildi. Qanunsuz məskunlaşdırma siyasəti aparılaraq rayonun tarixi-demoqrafik mənzərəsini dəyişdirmək cəhdləri göstərildi. Bütün bunlar Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizliyinin növbəti təzahürü idi.

Azərbaycanın qazandığı tarixi Zəfər bu haqsızlığa son qoydu. 2020-ci ilin sonunda Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində tam suverenlik bərpa olundu. Bununla da bölgədə keyfiyyətcə yeni bir mərhələ başladı. Qarşıya qoyulan məqsəd təkcə dağıntıları aradan qaldırmaq deyil, insanların uzun illər həsrətində olduqları doğma yurdlarını əvvəlkindən daha müasir, rahat və təhlükəsiz yaşayış yerinə çevirmək idi. Bu gün həyata keçirilən bütün layihələr həmin strateji yanaşmanın uğurlu nəticələrini nümayiş etdirir.

Laçının Baş planı müasir şəhərsalmanın ən qabaqcıl prinsiplərinə əsaslanır. Şəhərin təbii landşaftı və əsrarəngiz gözəlliyi qorunmaqla yeni yaşayış məhəllələri salınır, fərdi evlər və çoxmənzilli binalar vahid memarlıq konsepsiyasına uyğun şəkildə inşa edilir. Burada məktəbəqədər təhsil müəssisələri, tam orta məktəblər, peşə təhsili mərkəzləri, xəstəxana, mədəniyyət ocaqları, Memorial Park, İşğal və Zəfər muzeyləri yaradılır. Şəhərin planlaşdırılmasında tətbiq olunan "15 dəqiqəlik şəhər" prinsipi isə sakinlərin gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məsafədə təmin etməsinə imkan verir. Bu yanaşma həm rahatlığı artırır, həm də müasir urbanizasiya meyarlarına cavab verən sağlam yaşayış mühiti formalaşdırır.

Bütün bunlar Böyük Qayıdış proqramının mahiyyətini aydın şəkildə göstərir. Məqsəd yalnız insanları doğma torpaqlarına qaytarmaq deyil, onların yüksək həyat keyfiyyəti ilə təmin olunmasına nail olmaqdır. Laçında tikilən hər ev, istifadəyə verilən hər sosial obyekt, salınan hər küçə və park dövlətin öz vətəndaşına göstərdiyi diqqət və qayğının real ifadəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur ən müasir standartlara uyğun şəkildə yenidən qurulur və Laçın bu siyasətin ən uğurlu nümunələrindən biri kimi seçilir.

Bu gün Laçın artıq keçmişin ağrılarını arxada qoyaraq gələcəyə inamla baxan şəhərdir. Burada aparılan quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarını, güclü dövlət idarəçiliyini və uzunmüddətli inkişaf strategiyasını aydın şəkildə nümayiş etdirir. 26 avqust – Laçın şəhəri günü də məhz bu reallığın rəmzidir. Bu tarix işğalın acı xatirələrinin qələbə və quruculuq iradəsi ilə əvəz olunduğunu, Azərbaycanın öz tarixi torpaqlarında yeni həyat qurmaq əzmini uğurla həyata keçirdiyini göstərən əlamətdar gündür.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri