Dağıstanda “Asiya Ebolası” qorxusu 3 nəfər reanimasiyaya yerləşdirildi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dağıstanda Krım-Konqo hemorragik qızdırmasına (KKHQ) 3 yoluxma halı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, “Asiya Ebolası” da adlandırılan virusa yoluxan hər üç şəxs ağır vəziyyətdə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyləri nəticəsində xəstələrin vəziyyətini stabilləşdirmək mümkün olub və hazırda onların həyatı üçün heç bir təhlükə qalmayıb.
Məlumat üçün bildirək ki, KKHQ kəskin virus xəstəliyi olub, insana, əsasən, gənə dişləməsi, həmçinin yoluxmuş heyvanların və ya insanların qanı ilə birbaşa təmas zamanı keçir. Ölüm riski olduqca yüksək olan (10%-dən 40%-ə qədər) bu xəstəlik təcili tibbi müdaxilə tələb edir. Xəstəliyin gizli (inkubasiya) dövrü 2 gündən 14 günə qədər çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 26 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















