Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi vəzifəsini icra edən, sabiq xarici işlər naziri və diplomat Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyini rəsmi olaraq təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Ahmet Yıldız “Anadolu” agentliyinə bildiriş məktubunun artıq BMT Baş Assambleyasının Sədrliyinə təqdim edildiyini açıqlayıb.
“Prezidentimiz Rəcəb Tayyip Ərdoğan səfir Sinirlioğlunun lazımi keyfiyyətlərini, təcrübəsini və ona olan etimadı nəzərə alaraq, onu BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərməyi məqsədəuyğun hesab edib”, - o deyib.
Ahmet Yıldız bildirib ki, BMT-nin Baş katibi seçkilərində hələlik konsensus əldə olunmuş vahid namizəd ortaya çıxmadığı üçün Türkiyə bu prosesi asanlaşdırmaq məqsədilə öz namizədini irəli sürüb. O, həmçinin bu post üçün Latın Amerikası və Karib dənizi regionundan olan diplomatların irəli sürülməsi ənənəsinə hörmətlə yanaşdıqlarını və bu səbəbdən indiyədək gözlədiklərini vurğulayıb.
Qeyd edək ki, Feridun Sinirlioğlu 2015-ci ildə Türkiyənin xarici işlər naziri, 2016-2023-cü illərdə isə ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışıb. O, hazırda ATƏT-in Baş katibi kimi beynəlxalq diplomatik missiyasını davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 31 Oktyabr 2026 03:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















